Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə və Səudiyyə Ərəbistanı barışır: Qadağalar qaldırılacaq
Türkiyə və Səudiyyə Ərəbistanı barışır: Qadağalar qaldırılacaq

2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda müxalif jurnalist Camal Qaşıqçının qətlindən sonra kəndirlərin qırıldığı Ankara-Ər-Riyadla bağlı normallaşma prosesi başlayıb.

Bizimyol.info xəbər verir ki, ötən aylarda Səudiyyə Ərəbistanına gedərək Səudiyyə Ərəbistanının vəliəhdi ilə görüşən Türkiyə prezidenti Ərdoğan ölkənin de-fakto lideri Salmanı qonaq etməyə hazırlaşır. Son həftələrdə iki ölkə arasında münasibətlər normallaşsa da, bəzi yüksək rütbəli türk rəsmiləri Britaniyanın Reuters xəbər agentliyinə adlarını açıqlamadan danışıblar.

Səlahiyyətlilər Ərdoğan və Salman görüşü ilə tam normallaşmaya ümid etdiklərini desələr də, İngiltərə xəbər agentliyi “bu səfər şahzadə Selmanın imicini yaxşılaşdırmaq üçün bir addım olaraq görülsə də, Ərdoğana maliyyə dəstəyi də verə bilər",- deyə qeyd edib.

Türkiyə rəsmisi isə Ərdoğanın aprel ayında Səudiyyə Ərəbistanında şahzadə Salmanla görüşdüyünə işarə edərək “bu səfər böhrandan əvvəlki dövrə qayıdış və tam normallaşmanı gətirə bilər. Yeni dövr başlayacaq”,- deyə bildirib.

Türkiyə rəsmisi iki ölkə arasında ticarət, uçuş və serial qadağalarının qarşılıqlı olaraq qaldırıldığını desə də, mediada tərəflər arasında yayılan neqativ xəbərlərə son qoyulduğuna diqqət çəkilib.

Türkiyə rəsmisi enerji, iqtisadiyyat və təhlükəsizliklə bağlı bəzi sənədlərin imzalanacağını desə də, Səudiyyə fondlarının Türkiyə bazarına daxil olması üçün işlərin davam etdiyini vurğulayıb. Digər tərəfdən, valyuta mübadiləsi razılaşması ilə bağlı danışıqların davam etdiyi bildirilərkən Türkiyə rəsmisi bunun “istənilən tempdə” getmədiyinə də diqqət çəkib. Adını açıqlamayan rəsmi bu məsələnin Ərdoğanla Salman arasında təkbətək müzakirə olunacağını da bildirib.

İngilis xəbər agentliyi, sözügedən Türkiyə rəsminin fikirlərini "Türkiyə rəsmisi Səudiyyə Ərəbistanının Sərvət Fonduna daxil olan və ya olmayan şirkətlərlə maraqlana biləcəyini və ya Birləşmiş Ərəb Əmirliklərinin etdiyi kimi investisiya yatıra biləcəyini söylədi” şəklində oxuculara təqdim edib.

Qeyd edək ki, Türkiyənin Ər-Riyada Bayraktar SİHA-ları satmasının da gündəmdə olduğu qeyd edilib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »