Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiyanın yaratdığı "LXR" və "DXR" qondarma dövlətlərini tanımaqdan niyə imtina etdiyini açıqlayıb.
Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Qətər İqtisadi Forumunda çıxışı zamanı danışıb. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Tokayevin bu qərarına görə məyus olmayıb. Əksində Kreml rəhbəri ilə görüş çox xoş keçib və Putin “çox sakit və inamlı” görünüb.
Tokayev "DXR" və "LXR"-ni tanımaqdan imtinanı BMT Nizamnaməsi prinsipi ilə izah edib. O, bildirib ki, dövlətlərin ərazi bütövlüyü çox vacib bir məsələdir. “Mən hesab edirəm ki, dövlətlərin ərazi bütövlüyü üstünlük təşkil etməlidir”,- deyə Qazaxıstan Prezidenti bildirib.
Xatırladaq ki, iyunun 17-də Tokayev Vladimir Putinlə birlikdə SPIEF-də iştirak edib. Onun iştirakı ilə o, Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərinin müstəqilliyini tanımayacağını bəyan edərək "DXR" və "LXR"-i “kvazi-dövlət” qurumları adlandırıb. O, həmçinin SPİEF-də təltif edilməsi planlaşdırılan Rusiyanın Aleksandr Nevski ordenindən də imtina edib.
Bu barədə ilk məlumatı qazaxıstanlı politoloq Yerbol Yedilov verib. Onun sözlərinə görə, Qazaxıstan prezidenti “ bu şərəf üçün təşəkkür edib”, lakin ordeni almaq istəməyib. O, prezidentlik müddətinin sonuna qədər nə yerli, nə də xarici mükafatları qəbul etməyəcəyini izah edib.
Xatırladaq ki, eyni səbəbdən Qazaxıstan prezidenti Bişkekə səfəri zamanı Qırğızıstanın ən yüksək ordeni olan "Manas"dan da imtina edib.
Putinin mətbuat katibi Dmitri Peskov isə deyib ki, heç bir mükafat nəzərdə tutulmamışdı.
İlahin, Bizimyol.info