Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya kəşfiyyatı “DXR qüvvələri”nin itkilərini açıqlayıb
Britaniya kəşfiyyatı “DXR qüvvələri”nin itkilərini açıqlayıb

Rusiya böyük ehtimalla Donbasa çox sayda ehtiyat hissələri yerləşdirməyə hazırlaşır.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyatı məlumat yayıb.

Kəşfiyyat məlumatında qeyd edilir ki, hər iki tərəfdən cəbhədə ehtiyat hissələrin formalaşdırılması və yerləşdirilməsi qabiliyyəti müharibənin nəticəsi üçün vacidbir. Məlumatda həmçinin bildirilir ki, Rusiya şimalda İzyum və cənubda Popasnaya vasitəsilə Severodonetsk bölgəsini müühasirəyə almağa çalışır. Və eyni zamanda Donbasda güclü döyüşlər davam edir.

Britaniya kəşfiyyatı qeyd edib ki, Rusiya martın 25-dən bəri Ukraynadakı hərbi itkiləri ilə bağlı heç bir məlumat verməyib. Eyni zamanda Britaniya “DXR qüvvələri”nin (qondarma "Donbass Xalq Respublikası") itkiləri barədə də məlumat verib. Bildirilib ki, ilin əvvəlindən iyunun 16-na qədər "2128 yaraqlı məhv edilib, 8897 nəfər yaralanıb".

Britaniya kəşfiyyatı döyüşçülərin köhnəlmiş silah və texnika ilə təchiz olunduğunu qeyd edərək bildirib ki, "DXR" itki nisbəti onların ilkin gücünün təxminən 55 faizinə bərabərdir. Bu isə Donbasda Rusiya və Rusiyayönlü qüvvələrin həddindən artıq azaldığını göstərir.

İşğal ilə bağlı gələn məlumatlar yoxlanıla bilməz. Çünki bu məlumatlar çox zaman dezinformasiya və ya təbliğat xarakteri daşıyır. Bu səbəbdən də Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarıdan gələn məlumatlar etibarlı hesab edilə bilməz.

Xatırladaq ki, iki gün öncə Britaniya xüsusi xidmət orqanları Rusiya Aerokosmik Qüvvələrinin Ukraynadakı problemlərini açıqlamışdı.

Qeyd edək ki, xarici kəşfiyyat qurumlarının məlumatlarına görə, Rusiyanın yüksək texnologiyalara söykənən dəqiq silahları artıq tükənib. Ona görə də Rusiya ordusu köhnə silahlardan istifadə etməyə başlayıb. Müasir silahların istehsalını bərpa etmək üçün Rusiya yüksək texnologiyalara söykənən komponentləri ABŞ və Avropadan almalıdır. Amma sanksiyalara əsasən, həmin komponentlərin Rusiyaya satışına qadağa qoyulub. O üzdən də hazırda Rusiyanın müasir silah itkilərinin yerini doldurması mümkün deyil.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »