Türkiyədə 2023-cü ilin iyun ayına təyin edilmiş prezident seçkiləri bir ay əvvəl keçirilə bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə "TGRT" çərşənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasındakı (AKP) mənbələrə istinadən xəbər verir.
Telekanalın verdiyi məlumat görə, AKP ilkin vaxtda iyulda keçiriləcək ikinci səsvermənin mümkünlüyünü və bayram mövsümünün başlaması ilə əlaqədar aşağı seçici fəallığının gözənildiyini əsas gətirərək, mövcud qanunvericilikdə nəzərdə tutulduğu kimi, iyunun 18-də deyil, mayın 14-də seçkilərin keçirilməsini təklif edir.
Digər tərəfdən, ölkə mətbuatı" qeyd edir ki, planlaşdırılan seçkilərin vaxtı universitetlərdə keçirilən imtahanlarla üst-üstə düşür ki, bu da seçici fəallığına və səsvermənin nəticələrinə mənfi təsir göstərə bilər.
Ərdoğanın partiyası seçkilərin mümkün təxirə salınması ilə bağlı yayılan məlumatlara hələlik münasibət bildirməyib. Bundan əvvəl hazırkı prezident və AKP təmsilçiləri seçkilərin təyin edildiyi kimi - 2023-cü il iyunun 18-də keçiriləcəyini bildiriblər.
AKP və ifrat sağçı Milliyyətçi Hərəkat Partiyasını (MHP) birləşdirən "Cumhur İttifaqı" daha əvvəl Ərdoğanın vahid prezidentliyə namizədliyini irəli sürmüşdü. Türkiyə lideri dəfələrlə müxalifəti prezidentliyə namizədinin adını çəkməyə çağırıb. Lakin müxalifət partiyaları və koalisiya nümayəndələri bunu uyğun bildikləri zaman edəcəklərini qeyd edirlər. Hlələlik müxalifətin namizədinin adı açıqlanmıayıb.
Türkiyədə bundan əvvəlki prezident seçkiləri 2018-ci il iyunun 24-də keçirilib. Ərdoğan onlara 52,5% səs toplayıb.
Qadir, Bizimyol.info
P.S: Türkiyə Seçki Qanununa əsasən, seçkilər əvvəlki seçkinin keçirildiyi tarixdən 5 il tamam olmamış son bazar günü keçirilməlidir. Belə olan halda, 2018-ci il iyunun 24-də keçirilən seçkiləri nəzərə alsaq, qanuna əsasən, növbəti seçkilər 2023-cü il iyunun 18-də keçirilməlidir. Lakin Məclisin qərarı ilə bu tarix dəyişdirilə bilər.