Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin Marmaris bölgəsində güclü meşə yanğını başlayıb
Türkiyənin Marmaris bölgəsində güclü meşə yanğını başlayıb

Türkiyənin Muğla bölgəsinin Marmaris mahalında ötən gün axşam saat 20:00 radələrinə başlayan meşə yanğını ilə mübarizə bu gün səhər də davam edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.

Bildirilir ki, təxminən 250 hektar sahədə davam edən meşə yanğının söndürülməsinə 20 helikopter, 14 təyyarə və 688 meşə işçisi olmaqla ümumilikdə 1480 canlı qüvvə cəlb edilib. Ötən gecə ilə müqayisədə küləyin intensivliyi azaldığından alovun yayılması qismən dayanıb.

Təyyarələr və helikopterlər tez-tez sıx dumanlı ərazilərə uçur, yanğını dayandırmağa çalışırlar. Aydın, İzmir, Antalya və Dənizli vilayətlərindən bölgəyə köməkçi qruplar göndərilib. Hadisə yerinə çatan qruplar yanğının lokallaşdırılması üçün işlərini davam etdirir.

Yanan ərazisində güclü tüstü dümanı müşahidə edilir. Təyyarə və helikopterlərin intensiv uçuşlar edərək yanğına müdaxilə etmələrindən sonra alov intensivliyi azalıb. Bördübet məhəlləsində başlayan və bir ucu Hisarönü körfəzinə, digər tərəfdən isə Değirmenyani məhəlləsinə çatan sıx tüstü səbəbindən yollarda görmə məsafəsi azalıb.

Marmarisdə davam edən yanğınlarla bağlı Kənd Təsərrüfatı və Meşə Naziri Vahit Kirişçi: "Artıq yanğınsöndürən təyyarə və helikopterlərimiz yanğına müdaxilə etməyə başlayıb", - deyə bildirib.

Nazir Kirişçi sosial media hesabından paylaşım edərək: “Marmarisdə qəhrəman xidmət əməkdaşlarımızın yanğınsöndürmə səylərini izləyirik. Yanğınsöndürən təyyarələrimizin və helikopterlərimizin yanğına müdaxiləsi davam edir, hadisənin lokallaşdırılması işlərinə başlanılıb”, - deyə qeyd edib.

"Habertürk"ün Meteorologiya Mühəndisi Hüseyin Öztel Marmarisdə hava ilə bağlı məlumat verib: "Çox güclü olmayan küləklər var. Külək qərbdən və şimal-qərbdən əsəcək. Havanın temperaturu ən yüksək 32-33 dərəcədir. Marmaris ətrafında hava soyuyacaq", - deyə o bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »