ABŞ Rusiya Federasiyasının Litvaya qarşı təhdidlərinə reaksiya verərək, NATO-nun beşinci maddəsini xatırladıb.
ABŞ yükün əhəmiyyətli hissəsinin Kalininqrada tranzitin qadağan olunması səbəbindən Rusiya ilə münaqişəsində Litvanı tam dəstəklədiyini bəyan edib. Belə ki, Rusiya Federasiyasının Litvaya qarşı istənilən hərbi hərəkəti NATO blokuna qarşı təcavüz hesab ediləcək və ABŞ-dan cavab alacaq.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib. O, qeyd edib ki, ABŞ NATO müttəfiqlərini və Litvanı dəstəkləyir.
“NATO-nun 5-ci maddəsinə sadiqliyimiz – “birinə hücumun hamıya hücum” demək olacağına dair maddə pozulmazdır",- deyə Ned Prays deyib.
Praysın sözlərinə görə, ABŞ Litva və digər dövlətlərin Rusiya Federasiyasına qarşı gördüyü misilsiz iqtisadi tədbirləri alqışlayır.
Xatırladaq ki, iyunun 18-dən Litva hakimiyyəti sanksiyalar siyasətinin tərkib hissəsi kimi Rusiya Federasiyasının digər regionlarından Kalininqrad vilayətinə dəmir yolu ilə yüklərin tranzitini əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Çox sayda sanksiyaya məruz qalan məhsullar üçün tranzit qadağası tətbiq edilib.
Bu qərardan dərhal sonra isə, işğalçı Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, Moskva Vilnüsün Kalininqrad vilayətini nəqliyyat blokadası elan etmək qərarına tezliklə cavab verəcək.
Litva xalqı, bu tədbirlərin nəticələrini ciddi şəkildə hiss edəcək.
İyunun 21-də Litva Kremlin təhdidlərinə fikir vermədən öz ərazisində Rusiya Federasiyası ilə Kalininqrad arasında sanksiyaya məruz qalmış yüklərin daşınmasına və yük avtomobil tranzitinə məhdudiyyətlər qoyub.
Xatırladaq ki, Aİ və NATO üzvləri olan Polşa və Litva arasında qalan Kalininqrad Rusiyadan tədarükləri Litvadan keçən dəmir yolu və qaz kəməri ilə alır.
İlahin, Bizimyol.info