Bizimyol.info "aljazeera"ya istinadən xəbər verir ki, bu barədə Taliban administrasiyasının təbii fəlakətlər üzrə nazirliyinin rəhbəri Məhəmməd Nassim Haqqani məlumat verib. O qeyd edib ki, ölənlərin əksəriyyəti - 100 nəfərin öldüyü, 250 nəfərin yaralandığı Paktika əyalətində qeydə alınıb.
Daha 25 nəfərin Xostda, 5 nəfərin isə Nanqarhar əyalətində öldürüldüyünü deyən nazir, daha çox itki olub-olmadığını müəyyən etmək üçün araşdırmaların aparıldığını bildirib.
Pakistanda tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.
ABŞ Geoloji Xidməti çərşənbə günü bildirib ki, 6,1 bal gücündə zəlzələ Pakistan sərhədi yaxınlığındakı Xost şəhərindən 44 km (27 mil) aralıda, 51 km (31 mil) dərinlikdə baş verib.
KİV-in məlumatına görə, ölənlərin sayı arta bilər. Əl-Cəzirənin Kabildən verdiyi xəbərə görə Əli Lətifi, səlahiyyətlilərin ən azı 100 evin dağıldığını bildirdi.
"Səlahiyyətlilər hadisə yerinə getmək, lazımi köməklik göstərmək üçün vertolyotlar gətirdilər və yardım agentliklərini içəri çağırdılar. Ancaq bura uzaq bir ərazidir və oraya tezliklə çatmaq çətindir, zaman aparacaq", - deyə bildirib.
Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) tvitində bildirib ki, Pakistan, Əfqanıstan və Hindistanda təxminən 119 milyon insan 500 km (310 mil) məsafədə silkələnmə hiss edib.
EMSC saytında və Twitter istifadəçiləri tərəfindən dərc edilmiş şahid ifadələrinə görə, Əfqanıstanın paytaxtı Kabildə, eləcə də Pakistanın paytaxtı İslamabadda hiss olunub.
Dawn xəbər saytının məlumatına görə, Pakistan Meteorologiya İdarəsi zəlzələnin Pəncab və Xeyber-Paxtunxva əyalətlərinin bir hissəsini silkələdiyini, hələlik ölən və ya dağıntılar barədə məlumat olmadığını bildirib.
Qadir, Bizimyol.info