Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail vətəndaşlarını Türkiyədən təxliyə edir
İsrail vətəndaşlarını Türkiyədən təxliyə edir

İsrail təhlükəsizlik qüvvələri keçən həftə İsrail vətəndaşlarını oğurlamaq və ya öldürmək niyyətində olan İranın silahlı qurupunun hücumundan əvvəl İstanbuldakı otellərindən təxliyə ediblər.

Bizimyol.info xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Təxliyə iranlıların İstanbulda israilli turistləri hədəf aldıqları və SEPAH polkovnikinin intiqamını almağı planlaşdırdıqları barədə xəbərlər fonunda baş verib.

Qeyd olunur ki, evakuasiya əmri və sonrakı xəbərdarlıqlar nəinki çaxnaşma yaratmayıb, əksinə, Türkiyədəki yəhudilər və israillilər arasında çaşqınlıq və hətta müəyyən laqeyd davranışa səbəb olub.

Xəbərdarlıqlar Türkiyə-İsrail arasında on ildən çox müddətdə davam etmiş soyuq  münasibətlərdə isti cərayanın yarandığı vaxta təsadüf edib. Bu ilin əvvəlində İsrail prezidenti İsaak Hersoq həmkarı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla, keçən ay isə Türkiyənin xarici işlər naziri israilli həmkarı Yair Lapid ilə görüşmək üçün Qüdsə gedib.

Mətbuata görə, İsrail Türkiyə hakimiyyətinə ölkə daxilində bu təhlükə ilə mübarizə şansı vermək üçün təhlükə ilə bağlı xəbərdarlıq etməyi bir müddət gecikdirib.

Nəticədə evakuasiya Mossad və Türkiyə hakimiyyətinin əməkdaşlığı ilə həyata keçirilib.

Keçən həftə İsrailin baş naziri Naftali Bennet türk hakimiyyətini əməkdaşlığa görə tərifləyib: "Türkiyə təhlükəsizlik qüvvələri ilə birgə əməliyyat səyləri öz bəhrəsini verdi", - deyən Bennet terrorçuların həbs edildiyini vurğulayıb.

“Son günlərdə İsrail-Türkiyə birgə səyi nəticəsində biz bir sıra hücumların qarşısını aldıq və Türkiyə torpaqlarında çoxlu terrorçu həbs olundu”, - deyə o əlavə edib.

Qeyd edək ki, Lapid bu həftənin bazar günü başqa bir görüş üçün Ankaraya gedəcəyini açıqlamışdı, lakin İsrail hökumətinin dağılması və Lapidin müvəqqəti baş nazir vəzifəsinə keçməsinin bu planlara təsir edib-etməyəcəyi bəlli deyil.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »