Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kreml: "Əsir düşmüş ABŞ döyüşçülərinə ölüm cəzası verilə bilər"
Kreml: "Əsir düşmüş ABŞ döyüşçülərinə ölüm cəzası verilə bilər"

Donbassda əsir düşən amerikalılar muzdluluqda ittiham olunur və Cenevrə Konvensiyası onlara şamil edilmir.

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Dmitri Peskov Dmitri Peskov

"Söhbət hərbçilərimizin həyatını təhdid edən və həyatına qəsd edən muzdlulardan gedir. Həm də təkcə bizim yox, eyni zamanda "Donetsk Xalq Respublikası"nın ("DXR") və "Luqansk Xalq Respublikası"nın ("LXR") hərbçilərinin həyatlarına qəsd ediblər. Onları muzdlu xidmət etməkdə ittiham edirlər”,- deyə Kreml sözçüsü bildirib.

Sözçü qeyd edib ki, əsir götürülən amerikalıların əməlləri araşdırılmalı və onlar ədalət qarşısında cavab verməlidirlər. Bununla belə, o, ölüm cəzası ilə bağlı məhkəmə qərarının ola biləcəyini istisna etməyib: "Biz heç nəyi istisna edə bilmərik, çünki bu, məhkəmənin qərarı olacaq. Biz onları heç vaxt şərh etmirik və bundan da əlavə, məhkəmə qərarlarına müdaxilə etmək hüququmuz yoxdur. ola bilər ki, onlar barəsində ölüm hökmü verilsin",- deyə Peskov Donbassda əsir götürülən ABŞ vətəndaşlarının hansı mümkün cəza ala biləcəyi ilə bağlı məsələsini şərh edərkən deyib. Kreml sözçüsü məhbusların harada olması ilə bağlı suala: "Xeyr, dəqiq deyə bilmərəm. Onların harada olması ilə bağlı məlumatım yoxdur",- deyib.

İki keçmiş amerikalı əsgərin - 39 yaşlı Aleksandr Druk və 27 yaşlı Endi Vinin Xarkov yaxınlığında əsir götürülməsi faktını ötən həftə Böyük Britaniyanın "The Daily Telegraph" qəzeti yazıb. İyunun 16-da Dövlət Departamenti hərbi əməliyyatlarda iştirak etmək üçün Ukraynaya gedən və Xarkov yaxınlığında saxlanılan Amerika vətəndaşları ilə bağlı ABŞ rəsmiləri Rusiya ilə təmaslara hazır olduqlarını bildiriblər. Həmçinin ABŞ Xarici İşlər Nazirliyi Amerika vətəndaşlarını Ukraynaya səfər etməməyə çağırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »