Fransanın baş naziri Elizabet Born prezident Emmanuel Makrona istefa məktubu təqdim edib. Lakin onun istefa müraciəti prezident administrasiyası tərəfindən qəbil edilməyərək rədd edilib.
Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə axşamı Yelisey sarayında məlumat verilib.
Makron administrasiyasından qeyd edib ki, dövlət başçısı hökumətdən öz missiyasını yerinə yetirməkdə davam edəcəyini gözləyir. Yelisey sarayının nümayəndələrinin sözlərinə görə, prezident çərşənbə axşamı parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri ilə görüşlərdə konstruktiv həll yolları axtarmaq niyyətindədir.
Makron sağçı liberal Respublikaçılar Partiyasının lideri Kristian Yakobla görüşlə partiya liderləri ilə məsləhətləşmələrə başlayıb.
Hökumətin istefası iyunun 19-da başa çatan parlament seçkilərinin nəticələri ilə əlaqədar təqdim edilib. Nəticədə hakim blok Milli Assambleyada (parlamentin aşağı palatası) mütləq çoxluğunu itirib.
Prezident bloku Milli Assambleyada mövcud olan 577 yerdən 245-ni qazana bilib.
Qadir, Bizimyol.info