Ötən sutka ərzində Rusiya hərbçiləri Lisiçansk şəhərini güclü atəşə tutub. Qurbanların sayı müəyyən edilib.
Bizimyol.info xəbər verir ki, bu barədə Luqansk Vilayət Dövlət Administrasiyasının sədri Serhi Qayday məlumat verib.
“Rus qoşunları dünən bütün gün ərzində və ötən gecə Lisiçanski intensiv atəşə tutmağa davam ediblər. Şəhərin ərazisinin bombalanmasında aviasiyadan istifadə edilib. Ondan çoxmərtəbəli binaları, fərdi yaşayış evlərini, polis idarəsinin binasını dağıdıblar. Hələlik indiyədək olan məlumata görə, bir nəfərin bombardıman nəticəsində həlak olduğu məlum olub, mərhumun meyiti tapılıb. Daha bir yaralı qadın isə dərhal Kramatorska təxliyə edilib. Biz qurbanların son sayını müəyyənləşdiririk. Çünki dünən şəhərə yağdırılan raket və mərmi "yağışı" altında hərəkət etmək praktiki olaraq mümkün deyildi”, - deyə o bildirib.
Qaydayın sözlərinə görə, Qorskoyedə də ciddi dağıntılar olub - on üç yaşayış binası, Novoivanovkada yeddi ev, Vrubovkada lisey dağılıb.
"Severodonetsk sənaye zonasında şiddətli döyüşlər davam edir - ruslar binaya və Azot keçid məntəqəsinə daxil olaraq kərpic zavodunun ərazisini atəşə tutub, üç körpünün ərazisinə ardıcıl olaraq atəş açıblar", - deyə vilayət rəhbəri əlavə edib.
Bundan əlavə, düşmən Ustinovka, Maloryazantsev, Beloqorovka və Qorskiyə hava zərbələri endirib. Nikolaevka yaxınlığında şiddətli döyüşlər davam edir. Rusiya ordusunun Belaya Qora və Sirotino yaxınlığındakı hücum hərəkətləri hazırkı məlumata görə, nəticəsiz qalıb. Müdafiə qoşunlarımız onların irəliləməsinə imkan verməyib", - deyə Sergey Qayday bildirib.
"Bizdə olan məlumata görə, yaralanan işğalçıların yarısı ixtisaslı tibbi yardımın olmaması səbəbindən həyatlarını itirirlər", - deyə o əlavə edib.
Qadir, Bizimyol.info