Avropa ölkələri ehtiyatlarını doldura bilmədikləri təqdirdə enerji böhranı yaşayacaqları proqnozlaşdırılsa da, bu ölkələr bir müddətdir ki, alternativ yanacaq axtarışlarına başlayıblar.
Bizimyol.info xəbər verir ki, Rusiya dünən verdiyi bəyanatda Avropanın qaz böhranında ancaq özünü günahlandıra biləcəyi fikrini bir daha təkrarlayıb. Dünən qaz anbar səviyyələrini artırmaq planları ilə bağlı açıqlama verən Almaniya, istifadəsini tədricən dayandırmağı hədəflədiyi kömürlə işləyən elektrik stansiyalarının da yenidən açıla biləcəyini bildirib.
Almaniya İqtisadiyyat Nazirliyindən verilən açıqlamada, qaz təchizatının kritik həddə düşəcəyi təqdirdə kömürlə işləyən elektrik stansiyalarının gücünün 10 gigavat artırıla biləcəyi bildirilib. Məlumta görə, bu təşəbbüs çərçivəsində qanunvericilik iyulun 8-də parlamentə təqdim olunacaq.
Almaniyanın İqtisadiyyat naziri Robert Habek “çətin vəziyyətdir, lakin bu halda təbii qaz istehlakını azaltmaq üçün atılması lazım olan bir addımdır” deyə bildirib. İstixana qazları yayan kömürdən istifadənin daha tez dayandırılması lazım olduğunu müdafiə edən Yaşıllar Partiyasının üzvü Habeck bildirib: “Əgər bu addımı atmasaq, ilin sonunda kifayət qədər ehtiyata sahib olmamaq riskini alacağıq. Belə olan halda biz siyasi şantajlara məruz qalacaq vəziyyətdə olacağıq”.
Qeyd edək ki, enerji böhranı riskindən sonra elektrik ödənişi və ərzaq qiymətlərindəki yüksək inflyasiya ilə mübarizə aparan Avropa ölkələrinin üzləşdiyi çətinliklərə yenisi əlavə edilib. Almaniya və İtaliya Rusiya təbii qazından ən çox asılı olan ölkələr olduğu halda, digər Avropa ölkələri də artan tələb qarşısında aşağı təklif problemi ilə üzləşirlər.
Avropa adətən, ilin bu vaxtında tələbatda artım görmür, lakin qitəni vuran isti dalğası kondisionerdən istifadəni artırıb. İtalшнфтжт "Eni ENI MI" və Almaniyanın "Uniper UN01 DE" şirkətləri tərəfindən мукшдэт açıqlamalarda Rusiyanın müqavilədə göstərilən təbii qaz həcminin altında tədarük etdiyi bildirilib.
"Eni ENI MI" elan edib ki, Rusiyanın "Qazprom" şirkəti onlara tələb etdikləri qazın yalnız bir hissəsini alacaqları barədə məlumat verib. Rusiyanın bu qərarının İtaliyanı fövqəladə vəziyyət elan etməyə və bu kontekstdə qaza qənaət tədbirlərini həyata keçirməyə yaxınlaşdırdığı düşünülür.
Onu da əlavə edək ki, Avstriyanın Verbund enerji şirkəti və hökumət dünən Rusiyadan təbii qaz nəqlinin məhdudlaşdırılmasının enerji böhranına səbəb olacağı təqdirdə təbii qazla işləyən elektrik stansiyalarından birində kömürdən istifadə etməklə elektrik enerjisi istehsalına keçmək barədə razılığa gəliblər.
Leyla, Bizimyol.info