Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət sərhədindəki mövqelərimiz atəşə tutulub
Dövlət sərhədindəki mövqelərimiz atəşə tutulub

Ermənilər dövlət sərhədi istiqamətindəki mövqelərimizi atəşə tutublar.

Bizimyol.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 20-si gecə saatlarından başlayaraq iyunun 21-i səhər saatlarınadək dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı, Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Son xəbərlər
Bütün xəbərlər »