Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna bu həftə Aİ-yə namizəd statusunu alacaq - Bloomberg
Ukrayna bu həftə Aİ-yə namizəd statusunu alacaq - Bloomberg

Avropa Birliyinə üzv olan 27 ölkə bu həftə Ukraynaya rəsmən Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd statusu vermək niyyətindədir. Bazar ertəsi Aİ səfirlərinin görüşündə heç kim qərarın əleyhinə çıxış etməyib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Adının açıqlanmasını istəməyən mənbələrin bildirdiyinə görə, blok həmçinin Avropa Komissiyasının Moldovaya, eləcə də Gürcüstana ilk növbədə konkret əlavə şərtləri yerinə yetirəcəyi təqdirdə namizəd statusunun verilməsi ilə bağlı rəyini dəstəkləmək niyyətindədir. Bu status, siyasi gələcəyinin böyük hissəsini Avropa ilə daha sıx münasibətlərə bağlayan Ukrayna üçün xüsusilə əlamətdardır, çünki o, Rusiyanın təcavüzünə qarşı mübarizədə mənəvi dəstək axtarır.

Aİ liderləri iyunun 23-24-də Brüsseldə görüşəcək. Məhz bu sammit zamanı Ukraynanın rəsmi olaraq Aİ üzvlüyünə namizəd olacağı gözlənilir. Statusun verilməsi ilə bağlı yekun qərar və hər hansı əlavə şərtlər bütün Üzv Dövlətlər tərəfindən təsdiqlənməlidir.

"İndi Ukrayna, Moldova və Gürcüstanın gələcəyinin Aİ-də olduğunu etiraf etməyin vaxtıdır. Aİ-yə üzv ölkələrin liderləri, mən sizi Ukrayna və Moldovaya namizəd statusu verməyə dəvət edirəm", - deyə Avropa Şurasının prezidenti Çarlz Mişel sammitə ünvanlanmış dəvət məktubunda yazıb.

Aİ rəsmisinin sözlərinə görə, müzakirələr düzgün istiqamətdə gedir və Ukraynanın namizədinin statusu təsdiqlənməlidir.

İyunun 17-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, AK Avropa Şurasına Ukraynaya Avropa perspektivi və Aİ-yə namizəd statusu verməyi tövsiyə edib. Bundan sonra prezident ofisi Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq üçün görüləcək tədbirləri çağırıb.

Bildiyiniz kimi, iyunun 23-24-də Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsi ilə bağlı Avropa Şurasının qərarının qəbulu gözlənilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »