Rusiya bir daha Qərbə heç vaxt etibar etməyəcək, Ukraynadakı vəziyyətlə bağlı böhran uzun sürəcək.
Bizimyol.info TASS-a istinadən xəbər verir ki, bunu bazar ertəsi NBC telekanalına müsahibəsində Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
İngilis dilində danışan Peskov: "Bəli, bu, uzun bir böhran olacaq. Biz bir daha Qərbə heç vaxt etibar etməyəcəyik", - deyə bildirib.
Müsahibəni aparan jurnalist Keir Simmons Peskovla söhbətin bir saatdan çox davam etdiyini desə də, Ukraynada saxlanılan amerikalı əsirlərlə, habelə Rusiyada narkotik qaçaqmalçılığına cəhd etdiyinə görə həbs edilən amerikalı Brittni Griner, böhranın inkişaf perspektivləri ilə bağlı cəmi bir neçə dəqiqəlik qısa fraqmentlər və mətbut katibindən bir neçə sitat gətirdiyi sözlər yayımlanıb. Telekanal müsahibənin tam versiyasının göstərilib-göstərilməyəcəyini dəqiqləşdirməyib.
Peskov həmçinin bildirib ki, Rusiya Ukraynada əsir götürülmüş keçmiş amerikalı əsgərlərin ölüm cəzasına məhkum edilməyəcəyinə zəmanət verə bilməz.
“Mən heç nəyə zəmanət verə bilmərəm, bu, istintaqdan asılıdır”, - deyə o, amerikalı məhbusların britaniyalı Şon Pinner və Aiden Aslin, eləcə də əvvəllər Donetsk məhkəməsi tərəfindən ölüm cəzasına məhkum edilmiş mərakeşli Brahim Saadunun taleyi ilə üzləşməyəcəyinə dair təminatlar haqqında sualına cavab verib.
İki keçmiş amerikalı hərbçinin - 39 yaşlı Aleksandr Druk və 27 yaşlı Endi Vinin Xarkov yaxınlığında əsir götürülməsi faktını ötən həftə Britaniyanın "The Daily Telegraph" qəzeti yazıb. İyunun 16-da Dövlət Departamenti hərbi əməliyyatlarda iştirak etmək üçün Ukraynaya gedən Xarkov yaxınlığında saxlanılan Amerika vətəndaşları ilə bağlı ABŞ-ın Rusiya ilə təmaslara hazır olduğunu açıqlayıb.
Bundan əlavə, ABŞ Xarici İşlər Nazirliyi yenidən ABŞ vətəndaşlarını Ukraynaya səfər etməməyə çağırıb
Qadir, Bizimyol.info