Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya-NATO toqquşması Suvalki dəhlizində baş verə bilər
Rusiya-NATO toqquşması Suvalki dəhlizində baş verə bilər

Müəyyən bir Suvalki dəhlizi hipotetik olaraq ən təhlükəli ərazidir. Məhz o, Şimali Atlantika Alyansına qarşı müharibə olacağı təqdirdə Rusiya hakimiyyətinin ilk hədəfinə çevrilə bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə “Politico” nəşri yazır.

“Litvanın cənub-şərq sərhədində yerləşən Druskininkay şəhəri Suvalki dəhlizi kimi tanınan dar bir strateji ərazi diqqət mərkəzinə düşüb. Qərb hərbi dairələri xəbərdarlıq edir ki, Rusiya prezidenti Ukraynadakı müharibəni NATO ilə birbaşa toqquşmaya çevirmək qərarına gələrsə, bu ərazi çox güman ki, onun ilk hədəflərindən biri olacaq.

Jurnalistlər Moskvanın Kalininqrada quru dəhlizi yaratmağa cəhd edə biləcəyini və bunun nüvə silahından istifadə etməklə dövlətlərin genişmiqyaslı müharibəsinə təkan olacağını ehtimal edirlər.

Qeyd edək ki, uzunluğu təxminən 100 km olan Suvalki dəhlizinin adını 2015-ci ildə Estoniyanın keçmiş prezidenti Toomas Hendrik İlves verib. Onun fikrincə, bu dəhliz strateji baxımdan çox təhlükəli keçidddir. Çünki Suvalki dəhlizi Rusiya tərəfindən ələ keçiriləcəyi təqdirdə Baltikyanı ölkələrin digər dövlətlərlə əlaqəsi kəsiləcək.

Ukrayna mətbuatının daha əvvəl verdiyi məlumata görə, iyunun 18-dən Litva Kalininqrad vilayəti ilə Rusiya Federasiyasının əsas ərazisi arasında sanksiyaya məruz qalmış yüklərin tranzitini dayandırıb. Rusiya artıq hadisəyə reaksiya verib və bəyan edib ki, tranzit qadağası “çox sərt münasibətdir, tamamilə qanuni və sərt hərəkətlər üçün əsas ola bilər”.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya nümayəndələrinin təhdidləri ilə əlaqədar Litvanın müdafiəsinə qalxıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »