Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrailin Baş naziri: "Çox sayda terrorçu Türkiyədə həbs olunub”
İsrailin Baş naziri: "Çox sayda terrorçu Türkiyədə həbs olunub”

İsrail və Türkiyə İranın dəstəklədiyi terrorçuların İsrail vətəndaşlarına qarşı planlaşdırdığı bir neçə hücumun qarşısını alıb.

APA xəbər verir ki, bunu İsrailin Baş naziri Naftali Bennet keçirdiyi brifinqdə deyib.

“Türkiyə təhlükəsizlik qüvvələri ilə əməliyyat səyləri öz bəhrəsini verdi. Son günlərdə İsrail-Türkiyə birgə səyləri nəticəsində biz bir sıra terror cəhdlərinin qarşısını aldıq və çox sayda terrorçu Türkiyə ərazisində həbs olundu”, - Baş nazir qeyd edib.

Bennet Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana göstərdiyi səylərə görə təşəkkür edib və israillilərə və yəhudilərə qarşı İranın səylərinin qarşısının alınması ilə bağlı birgə işlərin davam etdirildiyini vurğulayıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »