Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın Litvaya hücum edəcəyi gözlənilir
Rusiyanın Litvaya hücum edəcəyi gözlənilir

Rusiyanın Ukraynada istəyinə çatandan sonra növbəti hədəfi barədə çox danışılır. Xüsusilə Baltikyanı dövlətlər narahatdır. Kreml müharibədə uğur qazansa, dayanmayacaq. Ola bilər ki, heç böyük qələbə qeydə alınmadan da qonşu dövlətlərdən birinə hücum reallaşdırılsın. Belə görünür, Rusiya Litvaya həmləni qabağa salacaq.

Bizimyol.info xəbər verir ki, sanksiyalardan sonra Kalininqrad vilayətinə qoyulmuş yük tranzit məhdudiyyəti Kremli qəzəbləndirib. Rusiya hakimiyyəti Avropanın içində yerləşən torpaq sahəsi ilə quru yollarla əlaqə istəyir. Litva belə dəhlizin olmasından narahatdır. Çünki bu halda Kremlin Baltikyanı dövlətin cənub hissəsini işğal edəcəyi ehtimal olunur. Bunun üçün Belarus ərazisindən istifadə etmək Rusiyaya çətin deyil.

Litvanın şimal dövlətindəki müvəqqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Virginiya Umbraseneyə Litva ərazisindən Kalininqrad vilayətinə geniş çeşiddə malların dəmir yolu vasitəsilə tranzitinə qoyulan qadağa ilə bağlı kəskin etiraz edilib.

Litva Xarici İşlər Nazirliyinin rəhbəri Qabrielyus Landsbergis bir müddət əvvəl bildirmişdi ki, Rusiyanın əsas ərazisi ilə Kalininqrad vilayəti arasında polad və qara metal məmulatlarının Litva torpaqlarından keçməklə tranzitinə qoyulan qadağa onun ölkəsinin yox, Avropa İttifaqının qərarıdır. Yəni sanksiyalara görə belə addım atılır.

Qadağa Avropa İttifaqının dördüncü sanksiyalarının bir hissəsi kimi martın ortalarından məlum olub. Gömrük Departamentindən bildirilib ki, martın 15-də qəbul edilmiş sanksiya paketi iyunun 17-dən əvvəl bağlanmış müqavilələr çərçivəsində Rusiya poladı və digər qara metal məhsullarına məhdudiyyətlər qoyub. Buna görə də şənbə günündən məhsulları birlik ərazisindən daşımaq mümkün deyil.

Kreml hadisələrin belə gedişi ilə heç cür barışmaq istəmir. Litvaya hətta yaxın günlərdə hücum həyata keçirilə bilər. Vladimir Putin itiriləcək bir şey olmadığına əmindir. Yalnız hərbi müstəvidə uğur Rusiya rəhbərini xilas edə bilər. Əks halda Putin hakimiyyətinin sonu gəldiyini demək çətin deyil.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »