Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kirill rus əsgərlərini Ukraynadakı “cəsarət”lərinə görə tərifləyib
Kirill rus əsgərlərini Ukraynadakı “cəsarət”lərinə görə tərifləyib

Patriarx Kirill xidmət zamanı Rusiya-Ukrayna müharibəsini xatırladıb və rus əsgərlərinin “cəsarətindən və fədakarlığından” danışıb.

Rus Pravoslav Kilsəsinin rəhbəri bildirib ki, rus əsgərləri Ukraynadakı hərəkətlərində pul və ya rəhbərliyin əmrləri ilə idarə olunmur, onların motivasiyası pravoslav təhsilidir.

Penzadakı ilahi liturgiya zamanı Rus Pravoslav Kilsəsinin primatı deyib ki, əsgərlərimizin qayğısına qalan keşişlər ona rus əsgərlərinin motivasiyası haqqında danışdılar:

"Bu, maddi cəhətdən yüksək maaş almaqla, hakimiyyətin təşviqindən, vəzifələrinin yüksəldiməsi istəyindən deyil, pravoslav inancının tərbiyə etdiyi daxili mənəvi hissdən irəli gələn bir cəsarətdir", - deyə o qeyd edib.

O, Rusiyada kilsələrin tikintisi prosesinə də toxunub. Patriarxın sözlərinə görə, nə Avropada, nə də Amerikada yeni kilsələr tikilmir, çünki insanların artıq onlara ehtiyacı yoxdur:

“Onlar bağlıdır və bəzən məbədin əvəzinə rəqs meydançaları və digər əyləncə obyektləri var. Biz isə o dünyanın dəhşətinə görə Allahın məbədlərini tikirik. Biz 21-ci əsrin Rusiyasıyıq. Yaxşı, bu, Allahın möcüzəsi deyilmi?”, - deyə Patriarx Kirill bildirib.

Qadir, Bizimyol.info

P.S: Rusiyada da dünyanın əksər dövlətlərində olduğu kimi "din dövlətdən ayrıdır" deyirlər. Amma nədənsə, bəzi hallarda bunu unudurlar. Məsələn, Moskvada keçirilən hərbi parad zamanı Patriarx hərbiçilərə dualar oxumuş, hərbi texnikanın üzərinə müqəddəs su səpmişdi, onlara Ukraynadakı işğalla bağlı uğurlar diləmişdi. İkinci Qarabağ Müharibəsində erməni keşiş də eyni hərəkətləri edirdi. Allahın yaratdlğını öldürməyin günah olduğunu hamıdan yaxşı xatırlayan dindar ermənilər silah götürüb Azərbaycan torpaqlarında döyüşməyə gəlmişdilər. Hətta onlardan diri Azərbaycan əsgərləri tərəfindən əsir götürülmüşdü. Belə çıxır ki, xristiyan dinin təməlində yox, indiki dönəmlərdəki dini rəhbərlərin əməlində problem var. Yoxsa, Allahın "Sizi mən yaratdım" dediyi insanları öldürməyə cəsarət etməzdilər.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »