Əfqanıstanda Taliban tərəfindən əsir götürülən 5 britaniyalı azad edilib.
Bizimyol.info xəbər verir ki, bu barədə "dailymail" məlumat verib.
Xarici, Birlik və İnkişaf Ofisi (FCDO) bildirib ki, Orta Asiya dövlətinə aparılıb.
Xarici işlər naziri Liz Truss: "vətəndaşların tezliklə ailələrinə qovuşacaqlar", - söyləyib və "bu nəticəni təmin etmək üçün Britaniya diplomatlarının gərgin əmək səf etdiyini", - deyib.
Əsirlərin kim olduğu və onların Taliban tərəfindən nə vaxt saxlandığı barədə hələlik məlumat verilməyib. Lakin fevral ayında Xarici İşlər Nazirliyi Əfqanıstanda saxlanılan "bir sıra" Britaniya vətəndaşlarına dəstək olduqlarını bildirib.
Saxlanılanlar arasında ötən ilin sonlarında Kabildə həbs edilmiş 64 yaşlı britaniyalı jurnalist Peter Jouvenal da var.
FCDO sözçüsü deyib: “Biz Əfqanıstanda saxlanılan beş Britaniya vətəndaşının Əfqanıstanın hazırkı administrasiyası tərəfindən azad edilməsini alqışlayır və yüksək qiymətləndiririk.
“Bu Britaniya vətəndaşlarının Böyük Britaniya hökumətinin Əfqanıstandakı işində heç bir rolu olmayıb. Onlar yanlış addım ataraq Böyük Britaniya hökumətinin səyahət xəbərdarlıqlarına zidd olaraq Əfqanıstana səfər edib.
“Britaniya vətəndaşlarının ailələri adından biz Əfqanıstan mədəniyyətinin, adət-ənənələrinin və qanunlarının pozulmasına görə üzr istəyirik. Biz onlara gələcəkdə helə halları təkrar olunmayacağı ilə bağlı zəmanət veririk. "Böyük Britaniya hökuməti baş vermiş bu hadisədən təəssüflənir".
Xarici işlər naziri Liz Truss "Tvitter" hesabında yazıb: “Böyük Britaniya Əfqanıstanda saxlanılan 5 Britaniya vətəndaşının azad edilməsindən məmnundur. Onlar tezliklə ailələrinə qovuşacaqlar. Bu nəticəni əldə etmək üçün Britaniya diplomatlarının zəhmətinə görə minnətdaram”.
Qadir, Bizimyol.info