Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ali Rada İstanbul Konvensiyasının ratifikasiyasını dəstəkləyib
Ali Rada İstanbul Konvensiyasının ratifikasiyasını dəstəkləyib

Ukrayna Ali Radası İstanbul Konvensiyasının ratifikasiyasını dəstəkləyib.

Bizimyol.info xəbər verir ki, Ukrayna Ali Radasının maliyyə, vergi və gömrük siyasəti komitəsinin sədr müavini Yaroslav Jeleznyakın sözlərinə görə, bu barədə qərar parlamentin bugünkü iclasında qəbul edilib.

“Parlament İstanbul Konvensiyasının (Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması haqqında) ratifikasiyasını dəstəkləyib.

Jeleznyakın sözlərinə görə, 259 deputat lehinə, cəmi 8 səs əleyhinə səs verib.

O cümlədən, “Xalqın xidmətçisi” fraksiyasından 193 deputat konvensiyanın ratifikasiyasını dəstəkləyib, Aİ – 9, “Batkivşina” – 0, “Həyat və sülh platforması” – 15, “Gələcək naminə” – 2, “Səs” – 10, “Dovira” – 13, "Ukraynanın bərpası" - 12, fraksiya olmayan - 5.

Ukrayna mətbuatının daha əvvəl verdiyi məlumata görə, iyunun 18-də Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radaya Avropa Şurasının Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə haqqında Konvensiyasının (İstanbul Konvensiyası adlanan) ratifikasiyası haqqında qanun layihəsi təqdim edib.

Bu sənədlə Ukrayna etiraf edir ki, konvensiyanın məqsədi qadınları zorakılığın bütün formalarından qorumaq, qadınlara qarşı zorakılığın həmçinin kişilərə eləcə də uşaqlara (oğlan və qızlara) qarşı da törədilən məişət zorakılığının qarşısını almaq, mühakimə etmək və baş verə biləcək hallar aradan qaldırmaqdır. Zorakılığa məruz qalan şəxslərdə yaranmış fəsadların aradan qaldırılmasında onlara müvafiq yardımların göstərilməsi dövlət qurumları tərəfindən həll edilməlidir.

İstanbul Konvensiyası 2011-ci il mayın 11-də İstanbulda imzalanmış qadınlara qarşı zorakılıq və məişət zorakılığına dair Avropa Şurasının beynəlxalq sazişidir.

Ən azı 34 ölkə artıq bu qanunu ratifikasiya edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »