Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya hərbçisindən sürpriz etiraf: “Putin deyib ki, nə istəyirlər, götürsünlər”
Rusiya hərbçisindən sürpriz etiraf: “Putin deyib ki, nə istəyirlər, götürsünlər”

Rusiyalı hərbçilərin Ukrayna müharibəsində dinc sakinlərə münasibəti yalnız ikrah doğurur. Xüsusilə Kiyev vilayətində xeyli qadın zorlanıb. Hətta yeniyetmə uşaqlara da təcavüz faktları qeydə alınıb. Rusiya ordusunun üzvləri evlərdən az qala hər şeyi, hətta unitazları da aparır. Ukrayna xüsusi xidmət orqanlarının ortaya çıxardığı səs yazıları Kreml rəhbərliyinin buna şərait yaratdığını göstərir.

Bizimyol.info xəbər verir ki, Rusiya hökuməti hərbçilərin dinc sakinlərə qarşı davranışında cinayət elementi görmür. Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatında bundan danışılır. Həyat yoldaşına zəng vuran rusiyalı hərbçi soyğunçuluğa görə cəza nəzərdə tutulmadığını deyir.

“Televizor götürdük, paltaryuyan maşın, qril aparatı... İcazəlidir. Putin icazə verib axı. Fərman verib ki, soyğunçuluq olar. Çox şey götürmüşük. Yenə deyirəm, bunun heç bir problemi yoxdur. Cinayət sayılmır. Şəxsən Putin deyib ki, nə istəyirlər, götürsünlər”.

Rusiyalı hərbçi həyat yoldaşı ilə söhbətdə Kreml ordusunda hərbi təchizatın aşağı səviyyədə olmasını dilə gətirib. Onun sözlərinə görə, verilən hər şey köhnədir. Buna görə də Ukrayna ordusunun hər hansı hərbi ləvazimatlarını götürməyə çalışırlar. Beləcə, şəxsi təchizatı tamamlaya bilirlər.

“Bizim çəkmələr çox keyfiyyətsizdir. Ayağın çox tərləyir. Ukraynalıların çəkmələrinin isə yaxşı parçası var. Sanki ayaqların hava görür. Çox şey götürmüşəm. Bircə keyfiyyətli formaya ehtiyacım var. İndi bu haqda fikirləşirəm”.

Ümumiyyətlə, rusiyalı hərbçilərin telefon danışıqları bir-birinə çox bənzəyir. Onlar əsasən oğurladıqları əşyalardan danışırlar. Həyat yoldaşlarını sevindirməyə çalışırlar. Müharibənini ilk günlərində rusiyalı hərbçilərdən biri bahalı drel oğurladığını arvadına müjdə kimi çatdırırdı. O, anası üçün də çox şey əldə etdiyini deyirdi. Yakutiyadan yayılan videolardan birində isə əsgər anası oğlunun ona Ukraynadan paltaryuyan maşın göndərdiyini fəxrlə bildirirdi. Son səs yazısından məlum olur ki, Kreml bilərəkdən belə şərait yaradır. Bir növ hərbçilərə orta əsrlərdə olduğu kimi, qənimət əldə etmək imkanı verilir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »