Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın Avropada dondurulan əmlakının həcmi açıqlanıb
Rusiyanın Avropada dondurulan əmlakının həcmi açıqlanıb

Avropa İttifaqının sanksiyaları Rusiya oliqarxlarının və əlaqəli şirkətlərin Avropadakı 12,5 milyard avroluq aktivlərini dondurub. Bura lüks yaxtalar, helikopterlər, rəsmlər, daşınmaz əmlak və digər əmlaklar daxildir.

Bizimyol.info xəbər verir ki, bu barədə “WELT”-ə müsahibəsində Avropa Komissiyasının ədalət və qanunun aliliyi üzrə nümayəndəsi Kristian Viqand deyib. O, qeyd edib ki, Avropa İttifaqı bu məbləğin yarısını aprel ayından dondurub.

"Rusiya oliqarxlarının dondurulmuş aktivlərinin məbləği apreldə 6,7 milyard avrodan iki dəfə artaraq hazırda 12,5 milyard avrodan bir qədər çox olub",- deyə Viqand bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyasının dairələrində dondurulmuş aktivlərin kəskin artması son həftələrdə Almaniyada çoxsaylı aktivlərin aşkar edilərək bloklanması ilə əlaqəlidir. Xatırladaq ki, mart ayında Avropa İttifaqının ədliyyə komissarı Didier Reynders Komissiya sədri Ursula fon der Leyenin tapşırığı ilə İttifaqın sanksiyalarına məruz qalan şəxslərə qarşı hərəkətləri əlaqələndirmək və oliqarxların aktivlərini izləmək üçün “Dondurulma və həbs etmə İşçi Qrupu” yaratmışdı.

"Avropa İttifaqının sanksiyaları bu cəza tədbirlərinə məruz qalan şəxslərə məxsus və ya onların nəzarət etdiyi bütün aktivlərin və iqtisadi resursların dondurulmasına gətirib çıxarır. Hazırda 1100-dən çox şəxsin və qurumun aktivləri dondurulub",- deyə Avropa Komissiyasının nümayəndəsi bildirib. Onun sözlərinə görə, Rusiya Mərkəzi Bankının ehtiyatları və bununla bağlı 196 milyard avroluq əməliyyatlar da bloklanıb.

Xatırladaq ki, Ukraynada Rusiya Federasiyası və Belarusla iqtisadi əlaqələri olan 7 minə yaxın şirkətin aktivləri bloklanıb. Hazırda bu şirkətlərin təxminən 1 milyard ABŞ dolları həcmində aktivlərinə həbs qoyulub.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »