Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna məhkəməsi müxalifət partiyasının fəaliyyətini qadağan edib
Ukrayna məhkəməsi müxalifət partiyasının fəaliyyətini qadağan edib

Məhkəmə Ukraynada "Müxalifət Platforması - Həyat Naminə" siyasi partiyasının fəaliyyətini qadağan edib.

Bizimyol.info xəbər verir ki, səkkizinci İnzibati Apellyasiya Məhkəməsindən verilən məlumata görə, bu gün hakimlər kollegiyası bu siyasi qüvvəyə qadağa qoyulması ilə bağlı inzibati şöbəyə baxılmasını başa çatdırıb.

“Məhkəmə Ədliyyə Nazirliyinin iddialarını təmin edib: “Müxalifət Platforması - Həyat Naminə” siyasi partiyasının fəaliyyətinə son qoyulması ilə bağlı qərar elan olunub. Partiyanın, onun rayon, şəhər, rayon təşkilatlarının, ilkin təşkilatlarının və digər struktur qurumlarının vəsaitləri həmçinin onlara məzsus hesab olunan digər əmlaklar dövlətin mülkiyyətinə keçirilərək siyasi fəaliyyəti qadağan edilib.”, - deyə verilən məlumatda qeyd edilib.

HLE işinə baxılması ümumilikdə 5-6 saat davam etdi - partiyaların qadağan edilməsi ilə bağlı bütün digər işlərdən ən uzunu.

Ukrayna mətbuatının  daha əvvəl verdiyi məlumata görə, Ukraynada 9 rusiyayönlü partiyanın fəaliyyəti məhkəmənin qərarı ilə qadağan edilib. Onların arasında "Müxalifət Bloku", "Sosialistlər", "Ədalət və İnkişaf", "Dövlət", "Bizimki", "Vladimir Saldo Bloku", "Şərilər Partiyası", "Müxalifət Platforması - Həyat Naminə" və "Sol Müxalifət" partiyaların adları var.

Qadir, Bizimyol.info

P.S: 70 illik hökmranlığı dövründə Sovet Rusiyası "müttəfiq" respublikalarda öz şəbəkəsini qurub. İndi "altıncı kolon" adlandırılan həmin şəbəkə üzvləri yaşadıqları dövlətlərin sirlərini bağlı olduqları Rusiyaya satmaqla və digər əks-fəaliyyətlərlə məşgul olurlar. Azərbaycanda da "altıncı kolon" olması və onlara qarşı mübarizə aparılması barədə hakimiyyət ən yüksək səviyyədə məlumat verib. Rus xalqından dini və milli ənənələr baxımından fərqli xalq olaraq azərbaycanlılar arasında bu qədər rusiyapərəstin olması onu göstərir ki, Ukraynada vəziyyət daha ağırdır. Milli, dini, ənənə və hətta az fərqlə eyni dili danışan, Azərbaycandan həm ərazi, həm də əhalinin sayı baxımından dəfələrlə böyük olan ölkədə nə qədər rusiyapərəstin olduğunu təsəvvür etmək olar. Ona görə də, indi Rusiya ilə müharibə şəraitində olan Ukrayna məhkəməsinin bu hökmü başadüşüləndir.

Son xəbərlər
Bütün xəbərlər »