Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Alçaq kresloda oturmuşdum, ona aşağıdan baxırdım, məni hədələyirdi"
"Alçaq kresloda oturmuşdum, ona aşağıdan baxırdım, məni hədələyirdi"

“Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təkcə indi daha da aqressivləşdiyi barədə məlumatlar həqiqətə uyğun deyil. Rusiya lideri hələ 2006-cı ildə aqressiv idi”.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə 2007-2010-cu illərdə Britaniyanın baş naziri olmuş Qordon Braun “The Daily Telegraph”-a müsahibəsində danışıb. Qordon qeyd edib ki, 2006-cı ildə ilk dəfə Rusiya Federasiyasının prezidenti ilə görüşüb və həmin vaxt Putinin onu hədələdiyi barədə xatirələrini paylaşıb.

"Mən çox alçaq kresloda oturmuşdum. Ona aşağıdan yuxarı baxdım. O, kifayət qədər qısaboylu bir insandır və ayağına dikdaban ayaqqabı geyinir. O sənədlərdə yazılanların hamısını mənə ucadan oxumaq üçün bu sənədləri dosyedən çıxarıb danışmağa başladı”,- deyə Qordon Putinlə görüşün təfərrüatını bölüşüb.

Braunun sözlərinə görə, Putin onun haqqında ondan daha çox məlumatlı olduğu təəssüratı yaratmağa çalışırmış.

"Ona görə də bəziləri deyəndə ki, Putin indi dəyişib və daha aqressivləşib, mən bu fikri qəbul etmirəm. Mən sizə deyə bilərəm ki, o, o vaxt da aqressiv olub və məni hədələyib",- deyə sabiq baş nazir vurğulayıb.

Xatırladaq ki, Rusiya Federasiyası fevralın 24-də Ukraynanıhücum edərək, genişmiqyaslı müharibəyə başlayıb. Qeyd edək ki, Vladimir Putin Ukraynaya müharibə elan etməyib, lakin o Ukrayna vətəndaşlarının “denazifikasiyası”na yönəlmiş Rusiya ordusunun hərəkətlərini “xüsusi əməliyyat” adlandırıb.

ABŞ prezidenti Co Bayden hesab edir ki, Rusiya Federasiyası rəhbərinin müharibədən çıxış yolu yoxdur. Putin yanlış hesablamanın qurbanı olub. Öz ordusunun gücünü lazım olduğundan yüksək qiymətləndirib, amma Ukraynada güclü müqavimətlə qarşılaşıb. Müharibənin ilk günlərində Rusiya ordusu Kiyevi almaq istəsə də, bu hədəfə nail olmağa gücü çatmayıb və Ukrayna paytaxtının əhatəsindən geri çəkilib. Hazırda Rusiya ordusu Ukraynanın şərq ərazilərini ələ keçirməyə çalışır. Əsas söyüşlər Severodonetsk şəhərində gedir. Sanksiyalar üzündən hərbi texnika itkilərinin yerini doldura bilməyən Rusiya ordusu getdikcə daha çətin duruma düşür.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »