Britaniya ordusunun yeni Baş Qərargah rəisi Patrik Sanders Ukraynadakı müharibə ilə bağlı yeni açıqlama verib.
Bizimyol.info xəbər verir ki, Sanders xəbərdarlıq edib ki, Britaniya qoşunları növbəti dəfə Avropada döyüşməyə hazırlaşmalıdırlar. “Rusiyanın Ukraynaya təcavüzü quruda döyüşməyə və müharibələrdə qalib gəlməyə hazır olmaqla Britaniyanı qorumaq kimi əsas məqsədimizi vurğulayır. İndi bizim müttəfiqlərimizlə bərabər döyüşə biləcək və döyüşdə Rusiyanı məğlub edə biləcək ordu qurmaq üçün güclü imperativimiz var.
Biz bir daha ordunu Avropada döyüşmək üçün hazırlamalı olan bir nəsilik. 1941-ci ildən bəri mən Avropada qitə qüdrətinin iştirak etdiyi quru müharibəsində orduya komandanlıq edən ilk Baş Qərargah rəisiyəm”,- deyə Sanders bildirib.
Qeyd edək ki, Sandersin ordunun müharibəyə hazır olması ilə bağlı açıqlamaları həm Böyük Britaniyanın baş naziri Boris Consonun, həm də NATO-nun baş katibi Yens Stoltenberqin Ukraynaya uzunmüddətli dəstək təklif edilməsi ilə bağlı xəbərdarlıqlarından sonra gəlib. Belə ki, Böyük Britaniyanın baş naziri Consonun Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək üçün Ukraynanın paytaxtı Kiyevə son səfərindən sonra Conson Rusiya prezidenti Vladimir Putinin Ukrayna işğalının yeni mərhələyə keçdiyini bildirib.
“Qorxuram ki, biz özümüzü uzun müharibəyə hazırlamalıyıq, çünki Putin Ukraynanı sırf qəddarlıqla əzməyə çalışır, çünki Putin süqut kampaniyası aparır. Böyük Britaniya və tərəfdaşları Ukraynanın öz mübarizəsində üstün olmaq üçün strateji möhkəmliyə malik olmasını təmin etməlidir. Hər şey Ukraynanın öz ərazisini müdafiə etmək qabiliyyətini daha tez gücləndirib-gücləndirə bilməyəcəyindən asılı olacaq, çünki Rusiya öz hücum imkanlarını yeniləyə bilər. Bizim vəzifəmiz vaxtı Ukraynanın tərəfinə çəkməkdir”,- deyə Conson bildirib.
NATO-nun baş katibi Yens Stoltenberq isə deyib: “Biz müharibənin illərlə davam edə biləcəyi faktına hazırlaşmalıyıq. Biz Ukraynaya dəstəyi dayandırmamalıyıq. Xərclər yüksək olsa belə, biz Ukraynanı təkcə hərbi deyil, həm də enerji və ərzaq qiymətlərinin artması qarşılığında dəstəkləməliyik”.
Leyla, Bizimyol.info