Dərin sosial və iqtisadi dəyişiklik vəd edən keçmiş üsyançı Qustavo Petro Kolumbiya prezidenti postunu qazandı.
Bizimyol.info xəbər verir ki, Petronun bazar günü keçirilən prezident seçkilərində qalib gəlməsi onu ölkənin ilk solçu prezidenti edib.
O, 50,4 faiz, rəqibi tikinti maqnatı Rodolfo Hernandes isə 47,3 faiz səs toplayıb.
“Bu gün Kolumbiya dəyişir, bizi məqsədlərimizdən birinə doğru istiqamətləndirən əsl dəyişiklikdir: sevgi siyasəti, anlaşma və dialoq”, - deyə Petro Kolumbiyanın paytaxtı Boqotadakı tərəfdarlarına müraciət edib.
Senator və Boqota şəhərinin keçmiş meri Petronun qələbəsi uzun müddət silahlı münaqişə ilə əlaqəli olduğu üçün solçuları marginallaşdıran bir ölkə üçün prezident siyasətində kəskin dəyişikliyin olduğunu vurğuladı. Petro özü bir vaxtlar indi fəaliyyət göstərməyən "M-19" hərəkatının üsyançısı olub. O qrupla əlaqəsinə görə həbs olunub və daha sonra amnistiyaya düşərək azadlığa buraxılıb.
Qələbə nitqində 62 yaşlı Petro birliyə çağırış etdi və ən sərt tənqidçilərindən bəzilərinə barışıq təklif edib və müxalifətin bütün üzvlərinin "Kolumbiyanın problemlərini müzakirə etmək üçün" prezident sarayında qarşılanacağını söyləyib.
“Başlayan bu hakimiyyətdə heç vaxt siyasi və ya hüquqi təqib olmayacaq. Yalnız hörmət və dialoq olacaq” deyə o, bildirib ki, təkcə silahlı üsyana qalxanları deyil, kəndliləri, qadınlari, gəncləri - səssiz əksəriyyəti də dinləyəcəyini bildirib.
Mühafizəkar prezident İvan Duke nəticələr elan edildikdən az sonra Petronu təbrik edib və Ernandes isə məğlubiyyətini etiraf etdi. Ernandez sosial mediada paylaşdığı bir videoda: "İstiqamətlərimizin möhkəm olmasını istəyiriksə, nəticəni olduğu kimi qəbul etməliyik. Ümid edirəm ki, bu qərar hamı üçün faydalı olacaq”,- deyə qeyd edib.
Boqotadakı Petro kampaniyasının qeyd etməsində nəticələr yayılarkən, tərəfdarı, 40 yaşlı Alejandro Forero ağladı.
“Nəhayət, Allaha şükür. Bilirəm ki, o, yaxşı prezident olacaq və bizdən ən az imtiyazlı olanlara kömək edəcək. Bu, yaxşılığa doğru dəyişəcək”, - işsiz olan Forero Reuters xəbər agentliyinə deyib.
Akademik Lusimar Asprilla AFP xəbər agentliyinə deyib: "Mən bunu yaxşı bir hadisə kimi qeyd edirəm, çünki nəhayət, bizdə dəyişiklik oldu. Bu, insanlarda gələcəyə və daha demokratik quruluşa ümidin olduğunu göstərir".
Qadir, Bizimyol.info