Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avstraliya Ukraynaya dörd "M113AS4" zirehli hərbi texnika verib
Avstraliya Ukraynaya dörd "M113AS4" zirehli hərbi texnika verib

Avstraliya dörd "M113AS4" zirehli transportyorunu Ukrayna Silahlı Qüvvələrinə təhvil verib.

Bizimyol.info xəbər verir ki, bu barədə bazar günü axşam müdafiə naziri Riçard Marles açıqlama verərkən qeyd edib.

"Bu maşınlar Avstraliyanın vəd etdiyi 14 maşından ilk dördüdür, daha 10 maşının da Kiyevə təhvil veriləcəyi bildirilib. Avstraliya hökumətinin ümumi hərbi yardım paketi 285 milyon Avstraliya dolları yəni 198 milyon ABŞ dollardan artıq dəyərdədir. Onun çərçivəsində Ukraynaya “Bushmaster” zirehli texnikası, "M777" haubitsaları, tank əleyhinə silahlar, döyüş sursatı, pilotsuz uçuş aparatları və əsgərlər üçün qoruyucu ləvazimatlar verilib”, – Marles ölkənin Müdafiə Nazirliyinin saytında dərc olunan bəyanatda bildirib.

Avstraliyanın baş naziri Entoni Albanese bildirib ki, Kiyevə göndərilən hərbi yardımın sonuncu partiyası əlavə hərbi maşınlar tələb edən Ukrayna müdafiə naziri Aleksey Reznikovun sorğusuna cavab olaraq olub.

"M113AS4" zirehli transportyoru piyadaların döyüş meydanına daşınması üçün nəzərdə tutulmuş zirehli döyüş maşınıdır. Bundan əvvəl bildirilmişdi ki, Avstraliya Müdafiə Nazirliyi 1960-cı illərin ortalarında istifadəyə verilmiş köhnəlmiş "M113AS4"lərdən ibarət hərbi maşın bazasını yeniləmək niyyətindədir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »