Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Anjelika ağlayırdı ki, Şəhlanın ona borcu var, qaytarmır”
Voleybolçu qadının qətli ilə bağlı məhkəmə davam edib

Bakı Ağır Cinayətlər Məhkəməsində qadını boğub, daha sonra başına torba keçirib qətlə yetirməkdə təqsirləndirilən Namiq Vəkilovun cinayət işi üzrə məhkəmə davam edib. Bizimyol.info hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Xatirə Şərifova ifadə verib. O bildirib ki, təqsirləndirilən Namiq Vəkilov onların evinə gedib-gələn olub. “Fevralın 22-də bizə gəlmişdi, gecəni bizdə qaldı. Səhər isə ona zəng oldu və bizdən getdi. Həmin vaxt bir az titrəyirdi. Ondan tutrəməsi barədə soruşdum. Dedi ki, qonşuda yaşlı kişi ölüb, ona görə birtəhərəm. Səhərisi qonşu zəng etdi, Anjelikanın öldürüldüyünü, Namiqin də qaçdığını söylədi”.

Namiq Vəkilov onlara gələndə əlində telefon olduğunu deyən Xatirə Şərifova deyib ki, təqsirləndirilən telefonu təzə aldığını deyib. “Namiq uşağının qızılını satmaq istədiyini dedi. Amma qızılı mənə göstərmədi. Bildirdi ki, qızıl üstündə deyil”.

Şahid bildirib ki, Anjelika həmişə onun yanına gəlib ağlayarmış ki, Şəhlanın ona borcu var, qaytarmır, hətta onun əri Elşənin də adını çəkirdi.

Daha sonra şahid qismində ifadə verən Həyat Quliyeva da təqsirləndirilən şəxsi tanıdığını deyib. Şahid bildirib ki, hadisədən sonra Anjelika Morozovanın Nanmiq Vəkilov tərəfindən öldürüldüyünü eşidib.

Qeyd edək ki, Namiq Vəkilov ifadəsində Anjelikanı Elşən Ələsgərovun öldürdüyünü deyib. Elşən isə ifadəsində bunu inkar edib və bildirib ki, istintaq araşdırması ilə onun həmin zaman evdə yox, işdə olduğu sübuta yetirilib.

Hadisə ötən il Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Başına sellofan torba keçirilmiş vəziyyətdə qadının meyit tapılıb. Hadisə yerinə cəlb olunan huquq-mühafizə orqanlarının əməkdaşları meyiti müayinə edən zaman qadının boğularaq qətlə yetirildiyini aşkar ediblər. Qadının 1963-cü il təvəllüdlü Anjelika Morozova olduğu məlum olub. Onu qətlə yetirməkdə təqsirləndirilən Qazax rayon sakini Namiq Vəkilov Qazax rayonunda saxlanılıb. Ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham verilib. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »