Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO Rusiya və Çinə dair mövqeyini bəyan edəcək
NATO Rusiya və Çinə dair mövqeyini bəyan edəcək

NATO üzvləri Rusiyanı öz təhlükəsizliklərinə təhlükə sayırlar və bu, NATO-nun Madriddə keçiriləcək sammitində elan olunacaq.

APA-nın xəbərinə görə, bunu NATO Baş katibi Yens Stoltonberq “Bild am Sonntag” qəzetinə müsahibəsində bildirib.

Yens Stoltonberq deyib ki, əgər dünya dəyişirsə, NATO də dəyişir, dünya isə təhlükəli olur: “Biz elan edəcəyik ki, Rusiya artıq tərəfdaş deyil, bizim təhlükəsizliyimizə, sülh və sabitliyə təhlükədir. Sammitdə qəbul ediləcək sənəddə Çinin yüksəlişinin də bizim maraqlarımız, dəyərlərimiz və təhlükəsizliyimiz üçün çağırış olduğu əksini tapacaq”.

Qeyd edək ki, NATO-nun sammiti 28-30 iyunda Madriddə keçiriləcək.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »