Birləşmiş Ştatlar növbəti hərbi yardım paketinin bir hissəsi kimi Ukraynaya daha dörd reaktiv yaylım atəşi sistemi (RYAS) vermək imkanını nəzərdən keçirir. Bu barədə şənbə günü “Politico” qəzeti Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.
Nəşr vurğulayır ki, Birləşmiş Ştatlar artıq dörd HIMARS (Yüksək Mobil Artilleriya Raket Sistemləri) RYAS və 80 km-ə qədər məsafədə hədəfləri vura bilən dəqiq idarə olunan sursat göndərir. Eyni zamanda, Ağ Ev belə bir təşəbbüsü təsdiq edərsə, Ukraynaya tədarük edilən RYAS-lərin sayının “ikiqat artırılması” planlaşdırılır.
"Politico" vurğulayır ki, Kiyevə növbəti yardım paketi çərçivəsində əlavə dörd RYAS-nin çatdırılması ilə bağlı yekun qərar hələ qəbul edilməyib və onların sayı “son anda dəyişə bilər”. Nəşrin mənbəsinin vurğuladığı kimi, Amerika rəhbərliyi Ukrayna ordusunun “prioritet ehtiyaclarından çıxış etmək” niyyətindədir.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynaya "xüsusi hərbi əməliyyat" adı altında qoşun yeritmək barədə qərar verib. O, vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsədlər isə ölkənin demilitarizasiyası və denazifikasiyasıdır.
Amma Rusiyanın əsl məqsədinin Ukraynada əraziləri işğal etmək olduğu barədə xəbərdar olan Qərb dövlətləri bu qərarına cavab olaraq Kremilə qarşı tədricən çoxsaylı irimiqyaslı sanksiyalar tətbiq etməyə başlayıb. Bununla yanaşı, Qərb dövlətləri Kiyevə indiki mərhələdə milyardlarla dollar dəyərində silah və hərbi texnika tədarük etməyə başladılar. Bir sıra Qərb siyasətçiləri etiraf ediblər ki, bu, əslində Rusiyanı başlatdığı hərbi müdaxiləyə qarşı iqtisadi müharibədir.
ABŞ Ukraynaya verdiyi raketlərin Rusiya ərazisində hədəfləri vurmaq üçün istifadə edilməyəcəyinə zəmanət alacaq. Bu raketlər yalnız Ukrayna ərazisində olan Rusiya hərbi hədəflərinin vurulması üçün sitifadə oluna bilər. Bununla belə, Pentaqon bildirib ki, onlar təkcə silah deyil, kəşfiyyat məlumatları ilə də Ukraynaya kömək edəcəklər. Pentaqon rəsmisi ABŞ mətbuatına bildirib ki, onlar Ukrayna ərazisindəki Rusiya hədəflərinin dəqiq koordinatlarını Ukraynaya verəcəklər.
Qadir, Bizimyol.info