Böyük Britaniyanın baş naziri Boris Conson “Eurovision” mahnı müsabiqəsinin 2023-cü ildə Ukraynada keçirilməsinin tərəfdarı olduğunu bildirib.
Bizimyol.info xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
"Ukraynalılar "Eurovision"da qalib gəldilər. Bilirəm ki, bizim iştirakçılar da müsabiqədə yüksək yer tutmağa nail olublar. Biz ikinci yeri tutduq və buna baxmayaraq mən müsabiqənin ölkəmizdə keçirilməsini istərdim. Amma fakt budur: onlar (Ukrayna) qalib gəldilər və buna layiqdirlər. Bu onların haqqıdır və "Eurovision"un qaydalarına uyğundur" ,- deyə Conson Kiyevdən qayıtdıqdan sonra bildirib.
"Düşünürəm ki, onlar (Ukrayna) müsabiqə keçirə bilər və inanıram ki, etməlidirlər. Məncə, Kiyev və ya Ukraynanın hər hansı digər təhlükəsiz şəhəri "Eurovision" üçün fantastik məkan olar. Həm də, bu, indiki zamanda Ukraynaya daha çox diqqət cəlb etmək üçün lazım olacaq tədbirlərdəndir", - deyə o əlavə edib.
Xatırladaq ki, Avropa Dillər Birliyi iyunun 17-də bəyan etmişdi ki, 2023-cü ildə keçiriləcək “Eurovision” mahnı müsabiqəsi Ukraynada keçirilə bilməz, ona görə də onların nümayəndələri bu il ikinci yeri tutduqları üçün Böyük Britaniyaya müraciət etmişdilər.
Avropa Yayım Birliyi (EUB) 2023 Avroviziya Mahnı Müsabiqəsinin Rusiya-Ukrayna müharibəsi səbəbindən Ukraynada keçirilməyəcəyini açıqladıqdan sonra Ukraynadan məsələ ilə bağlı açıqlama gəlib.
Ukraynanın mədəniyyət naziri Oleksandr Tkaçenko qərarı pisləyərək: “Biz bütün öhdəlikləri yerinə yetirəcəyimizə inandığımız üçün bu qərarın dəyişdirilməsini tələb edəcəyik. Biz Ukraynanın "Eurovision-2023"-ə ev sahibliyi etməsi üçün əlavə danışıqlar tələb edirik", - deyə o bildirib.
Keçən may ayında keçirilən müsabiqədə Ukraynanı təmsil edən "Kalush Orchestra" adlı qrup "Stefania" mahnısı ilə birinci, İngiltərə isə ikinci olub.
Qdir, Bizimyol.info