Cəbhədə dönüş yarandıqdan sonra Rusiya qoşunları şimal rayonlarını tərk etdikləri kimi Ukrayna ərazisindən geri çəkilməyə başlayacaq.
Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə rusiyalı hüquqşünas və hüquq müdafiəçisi Mark Feyqinə müsahibəsində Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Aretoviç deyib.
Onun sözlərinə görə, işğalçılar hərbi nailiyyətlər əldə etmədikləri üçün döyüşlərin fayda vermədiyini dərk edərək geri çəkilməyə başlayacaqlar.
"Söhbət bütün ərazimizin hərbi yolla, 23 fevral xəttinə qədər azad edilməsindən gedir. Çünki bir gün dönüş olacaq və Rusiya qoşunları Kiyevdən, Sumıdan və Çerniqovdan geri çəkildikləri kimi Ukrayna ərazisindən geri çəkilməyə başlayacaq. Onlar tam şəkildə hərbi məğlubiyyət aldıqdan sonra, perspektivin olmadığını anlayaraq geri çəkilməyə başlayacaqlar”,- deyə Aretoviç bildirib.
O hesab edir ki, Rusiya qoşunları artıq yorulub və onların kifayət qədər ehtiyatı yoxdur. “İndi təbii ki, onlar resursları toplayıb Slavyan və Popasnyansk istiqamətlərinə sığınıblar. Amma nəzərə alın ki, Xerson müdafiədir, Zaporojye ayaqdadır və orada kifayət qədər resurs yoxdur. Ehtiyatları kifayət qədər deyil”,- deyə o bildirib.
"İki-üç həftə, bəlkə də bir az çox. Bir ay yarım. Amma dayanacaqlar. Sonra bir hiss yaranacaq. Onlar baş verənlərin mənasızlığını başa düşəcəklər”,- deyə Arestoviç bildirib.
Xatırladaq ki, iyunun 2-də Zelenski bildirib ki, Rusiya Ukrayna ərazisinin təxminən 20 faizini işğal edib. Yəni 2603 yaşayış məntəqəsi azad edilməlidir.
Qərbdən zaman-zaman "sülh müqabilində ərazi güzəşti" ideyası Ukraynaya təklif edilsə də, rəsmi Kiyev bu ideyanı yaxına buraxmır. Başda Zelenski olmaqla bütün Ukrayna hökuməti ölkənin ərazi güzəştinə hazır olmadığını bildirib. Rusiya Ukraynadan Krımı Rusiyanın bir hissəsi olaraq, həmçinin qondarma "DNR" və "LNR"-i müstəqil dövlət kimi tanımağı tələb edir.
İlahin, Bizimyo.info