Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna həm əks-hücum, həm də danışıqları davam etdirmək istəyir
Ukrayna həm əks-hücum, həm də danışıqları davam etdirmək istəyir

Kiyev bəzi bölgələrdə həm Rusiyaya qarşı əks-hücum əməliyyatına başlayacağını planlaşdırır, həm də avqustun sonuna kimi Moskva ilə danışıqları davam etdirəyi düşünür.

Bunu danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamia “Amerikanın Səsi” radiostansiyasına müsahibəsində deyib.

O, cümə günü Ukraynanın danışıqları nə vaxt davam etdirə biləcəyi ilə bağlı sualı cavablandırarkən: “Avqustun sonuna qədər bu baş verə bilər. Biz planlarımızı ruslarla bölüşmək istəmirik, çünki onlar bunu açıq mənbələrdə görə bilirlər.

Amma düşünürəm ki, bəzi yerlərdə əks-hücum əməliyyatı keçirəcəyik”,- deyə qeyd edib.

Araxamia: “Ukrayna ərazi itirilməsini qəbul etməyəcək, bu, hüquqi baxımdan mümkün deyil. Ancaq biz İstanbulda nəzərdən keçirilməsi üçün təklif etdiyimiz kimi siyasi razılaşmanı nəzərdən keçirə bilərik. Beləliklə, biz, məsələn, müəyyən illər ərzində Krım məsələsini dondurulmuş saxlaya bilərik. Beləliklə, razılaşma hərbi yolla deyil, diplomatik və siyasi yolla əldə olunardı və bu, kompromis olardı”, - deyə əlavə edib.

Fevralın 28-dən Rusiya-Ukrayna danışıqları davam edir. Belarusda bir sıra görüşlər baş tutub, daha sonra tərəflər videobağlantı vasitəsilə əlaqə saxlamağa davam ediblər. Martın 29-da İstanbulda üzbəüz danışıqlar raundu baş tutub. Aprelin 12-də Rusiya prezidenti Vladimir Putin jurnalistlərə bildirib ki, Kiyev Türkiyədəki danışıqlarda əldə olunan razılaşmalardan kənara çıxaraq bu prosesi dalana dirəyib.

Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov aprelin 20-də bildirib ki, Moskva aydın dildə olan sazişlər üzrə sənəd layihəsini Kiyevə təhvil verib və cavab gözləyir. Eyni zamanda, Rusiya tərəfi danışıqların dondurulmasının tamamilə Ukraynanın təşəbbüsü olduğunu vurğulayıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »