Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Merkel Rusiya qaz kəmərinin sənaye üçün faydalı olduğunu bildirib
Merkel Rusiya qaz kəmərinin sənaye üçün faydalı olduğunu bildirib

2005-2021-ci illərdə Almaniya kansleri olmuş Angela Merkel mayeləşdirilmiş qaz əvəzinə Rusiya boru kəməri qazının lehinə daha əvvəlki seçimini sənaye üstünlükləri ilə əlaqələndirib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə şənbə günü nəşr olunan "RND"yə müsahibəsində danışıb.

“Almaniya iqtisadiyyatı Rusiyadan boru kəməri ilə qaz tədarükünü seçdi, çünki bu, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən, daha sonra isə ABŞ-dan alınaraq gətirilən maye qazdan iqtisadi cəhətdən daha ucuz idi”, - keçmiş kansler bildirib. “Mən ticarət yolu ilə dəyişikliyin əldə oluna biləcəyinə inanmırdım, lakin xüsusilə nüvə enerjisi ilə əlaqələr qurmaq mümkün idi. Bunun fonunda Minsk razılaşmaları bağlandıqdan sonra mən “Şimal axını 2” layihəsini məqbul hesab etdim. Biz onun ölkəmizə daha sərfəli variat olduğunu təhlil edərərək qərar verdik”, - deyə keçmiş kansler əlavə edib.

"Şimal axını - 2" tamamilə çəkildi, lakin heç vaxt işə salınmadı.

Merkel 2014-cü ildə Ukraynada dövlət çevrilişi baş verəndə Almaniya kansleri vəzifəsində çalışıb və sonra onun iştirakı ilə Donbassdakı münaqişənin həlli üçün Minsk razılaşmaları bağlanıb. Keçmiş kanslerin adı Rusiya Federasiyasına qarşı keçmiş siyasətlə əlaqəli müzakirələrdə tez-tez hallanıb. O, “Şimal axını 2” layihəsini sona qədər dəstəklədiyinə və 2008-ci ildə NATO-nun Buxarestdə keçirilən sammitində Ukraynanın alyansa sürətlə daxil olmasına qarşı çıxdığına görə qınanılır.

Qeyd edək ki, Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynada "xüsusi hərbi əməliyyat" elan edib. Dörd aya yaxındır ki, bu iki dövlət arasında müharibə davam edir. Hər iki tərəfdən on minlərlə insan həyatını itirib. Rusiya Ukrayna ərazilərini işğal etməyə davam edir.  Bu günlərdə iğalla bağlı Ukraynaya dəstək məqsədi ilə Almaniyanın hazırkı kansleri Olaf Şolzda daxil olmaqla dörd Avropa dövlətlərinin rəhbərləri Kiyevdə səfərdə olublar.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »