Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şanxay neft-kimya kompleksində yanğın olub
Şanxay neft-kimya kompleksində yanğın olub

Çin dövlət mediası şənbə günü Şanxayda neft-kimya kompleksində baş verən yanğın nəticəsində ən azı bir nəfərin öldüyünü bildirib.

Bizimyol.info xəbər veririr ki bu barədə CNN məlumat verib.

Şirkətin rəsmi "Weibo" hesabında yanğının şəhərin Jinshan rayonunda yerləşən Sinopec neft-kimya kompleksinin etilen qlikol zavodunun ərazisində təxminən səhər saat 4 radələrində baş verdiyi bildirilir. Şanxay yanğınsöndürmə idarəsinin məlumatına görə, hadisə yerinə Jinshan və Fengxian rayonlarından həmçinin şəhərin kimya sənaye parkından xilasetmə qrupları göndərilib. Xilasetmə əməliyyatları davam etdirilir”, - deyə o əlavə edib.

Yerli vaxtla təxminən səhər saat 9-a olan məlumata görə, şirkət yanğının “nəzarət altına alındığını” bildirib.

Şanxay sakinləri tərəfindən sosial mediada yerləşdirilən və CNN tərəfindən nəzərdən keçirilən bir videoda, yanğın baş verən zaman neft-kimya zavodunda ən azı bir partlayış baş verdiyi görsənir.

Qeyd edək ki, Çin son illərdə çoxlu sayda insanın ölümünə səbəb olan çoxsaylı istehsalat qəzaları görüb və bu, ictimai təhlükəsizliklə bağlı narahatlıqları artırır.

2015-ci ildə ölkənin şimalındakı Tianjin liman şəhərində kimyəvi maddələr anbarında baş verən silsilə partlayışlar nəticəsində azı 173 nəfər həlak olub.

Ötən ilin oktyabrında ölkənin şimal-şərqindəki Şenyan şəhərində restoranda baş vermiş güclü partlayış nəticəsində azı 3 nəfər həlak olmuş, 30-dan çox adam yaralanmışdı. Bildirilir ki, qaz partlayışı qarışıq istifadəli yaşayış və ticarət binasında baş verib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »