Son zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) adından istifadə edilərək maddi maraq qarşılığında hüquqi və fiziki şəxslərə fərdi və korporativ qaydada əməkdaşlıq, işə düzəltmə, investisiya yatırma imkanları və s. ilə bağlı müxtəlif təkliflər edilir.
Müraciətlər əsasən, sosial media platformaları, elektron ünvan və ya telefon zəngləri vasitəsilə həyata keçirilir.
Bu barədə SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Xidmətinin verdiyi məlumatda bildirilir.
Məlumatda qeyd edilir ki, mənbəyi məlum olmayan və SOCAR-ın rəsmi mənbələrində əks olunmayan heç bir məlumata etibar etməyin. Bu kimi hallarla qarşılaşdıqda dərhal hüquq-mühafizə orqanlarına müraciət edin və həmin məlumatı SOCAR-ın [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.
SOCAR-ın adından istifadə edərək dələduzluqla məşğul olanların şirkətlə heç bir əlaqəsi yoxdur və SOCAR onun adından istifadə edərək verililmiş vədlərə görə məsuliyyət daşımır. SOCAR-da işə qəbul şirkətin stndartlarına və normativ sənədlərinə uyğun olaraq müsabiqə yolu ilə həyata kçirilir. SOCAR-ın müəssisə və təşkilatları tərəfindən təqdim olunan boş iş yerləri (vakansiyalar) yalnız şirkətin veb-saytının www.socar.az "karyera" bölməsinin "işə qəbul" hissəsində elan olunur. Eyni zamanda, SOCAR-ın vkansiyaları ilə bağlı məlumatları "Linkedin" sosial şəbəkəsində mövcud olan "SOCAR Karyera" səhifəsində mütamadi olaraq paylaşılır.