Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub.
APA-nın verdiyi məlumata görə, nazirlər Rusiya və Azərbaycan arasında Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamənin icrası kontekstində ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər.
Həmçinin bir sıra regional və beynəlxalq mövzular, o cümlədən Moskvanın vasitəçiliyi ilə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına dair fikir mübadiləsi aparıblar.