Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Eurovision 2023” Ukraynada keçirilməyəcək: təşkilatçılar başqa ölkəni seçib
“Eurovision 2023” Ukraynada keçirilməyəcək: təşkilatçılar başqa ölkəni seçib

“Eurovision” mahnı müsabiqəsinin qaydalarına əsasən, müsabiqə növbəti il ifaçısı qalib gələn ölkədə keçirilir. Lakin mövcud şəraitlə əlaqədar bu il birinci yeri Ukraynanın Kaluş Orkestri qrupu tutmasına baxmayaraq, “Eurovision 2023” Ukraynada baş tutmayacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə Avropa Yayım Birliyinin (AYB) saytında məlumat verilib.

“Hər il “Eurovision” yarışmasının qalibinin sonrakı ilk müsabiqəyə müəyyən meyarlarına uyğun olaraq ev sahibliyi etməsi məlum ənənəyə çevrilib. Rusiyanın builki qalib ölkəyə olan Ukraynaya hücumundan sonra başlayan və hələ də davam edən müharibəni nəzərə alaraq, "AYB" təhlükəsizlik də daxil olmaqla kənar ekspertlərlə tam qiymətləndirmə həmçinin texniki - iqtisadi əsaslandırma aparılıb. “Eurovision”un İdarə Heyəti obyektiv təhlildən sonra dərin təəssüf hissi ilə belə qənaətə gəlib ki, mövcud şəraiti nəzərə alaraq, “Eurovision” Mahnı Müsabiqəsinin “Eurovision” qaydalarına uyğun keçirilməsi üçün yayımçının tələb etdiyi təhlükəsizlik təminatları Ukrayna Milli İctimai Yayım Şirkəti tərəfindən yerinə yetirilə bilməz. (UA:PBC)”, - deyə yayımçının mesajında ​​qeyd edilir.

Bu qərarın nəticəsi olaraq Avropa Yayım Birliyi yarışın ikinci yeri olan Böyük Britaniyanın ev sahibliyi etməsi üçün həmin ölkənin müvafiq qurumları ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, 2022-də ildə keçirilmiş “Eurovision” Mahnı Müsabiqəsində ikinci yerin sahibi "Space Man" mahnısı ilə Böyük Britaniyadan olan 32 yaşlı Sem Rayder olub.

Xatırladaq ki, Ukraynanı təmsil edən Kaluş Orkestri qrupu “Eurovision” 2022 mükafatını təxminən bir milyon dollara satmışdı.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »