Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna ruslar üçün viza rejimi tətbiq edəcək
Ukrayna ruslar üçün viza rejimi tətbiq edəcək

Ukrayna hökuməti iyulun 1-dən Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqi barədə qərar qəbul edib.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə günü Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak məlumat verib.

“Bu gün prezident Rusiya ilə viza rejiminin tətbiqi prosesinə başlanması barədə göstəriş verib. Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib. Qəbul edilən qərara görə ruslar üçün viza rejimi 2022-ci il iyulun 1-dən tətbiq ediləcək”, - deyə o, Yermak "Telegram" kanalında yazıb.

Ukrayna Prezidenti Vladimir Zelenski daha əvvəl bildirmişdi ki, o, hökuməti bu məsələyə “ölkənin milli təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyünə misli görünməmiş təhdidlərə qarşı mübarizənin bir hissəsi kimi” baxmağa dəvət edib. Demək olar ki, Zelenskinin bəyanatından dərhal sonra Yermak Nazirlər Kabinetinin qərar qəbul etdiyini açıqladı.

Mayın 25-də Zelenski Rusiya vətəndaşları üçün viza rejimi ilə bağlı petisiyanı dəstəkləyib və baş nazir Denis Şmıxala bu məsələyə baxmağı tapşırıb. Ukrayna prezidenti daha sonra bəyan edib ki, bunu tətbiq etmək üçün kifayət qədər imkanları var.

Fevralın 11-də Ukrayna prezidentinin saytında “Rusiya Federasiyasının vətəndaşları üçün viza rejiminin yaradılması” adlı elektron petisiya qeydə alınıb. Onu 26 742 vətəndaş dəstəkləyib. 25 000 nəfərin baxılması qərarın işlənməsinə başlamaq üçün kifayət idi.

Ukrayna 2014-cü ildən Rusiya ilə mümkün viza rejimi məsələsini gündəmə gətirir. İlk dəfə bu fikri Radikal Partiyasının lideri Oleq Lyaşko səsləndirib. 2017-ci ildə məsələyə hətta Ali Radada baxılması nəzərdə tutulmuşdu. Daha sonra Ukrayna Xarici İşlər Nazirliyi bildirmişdi ki, parlamentdə qərar qəbul edilərsə, onu texniki cəhətdən həyata keçirmək olar, lakin bu, Kiyevin özü üçün əlverişsiz ola bilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »