Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa Komissiyası Ukraynanı Aİ-də görmək istəyir
Avropa Komissiyası Ukraynanı Aİ-də görmək istəyir

Avropa Komissiyası Avropa Şurasına Ukraynaya Avropa perspektivi və Avropa İttifaqına (Aİ) üzvlüyünə namizəd statusu verməyi tövsiyə edir.

Bizimyol.info xəbər verir ki, Ukratna mətbuatının verdiyi məlumata görə, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə keçirdiyi brifinqdə deyib.

"Avropa Komissiyası Avropa Şurasına tövsiyə edir ki, birincisi, Ukraynaya Avropa perspektivi verilsin, ikincisi, Ukraynaya namizəd statusu verilsin", - deyə xanım fon der Leyen vurğulayıb.

Avropa Komissiyasının sədri məsələyə aydınlıq gətirərək bildirib ki, bu, Ukraynanın bir sıra mühüm islahatları həyata keçirməli olduğu anlayışını qəbul etməsi ilə baş tuta bilər.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski fevralın 28-də Ukraynanın Avropa İttifaqına üzvlük ərizəsini imzaladığı barədə məlumat verilib.

Ukrayna həmçinin, ölkənin üzvlüyə namizəd statusunu almağa hazırlığının qiymətləndiriləcəyi, habelə Ukrayna qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunluğunun qiymətləndiriləcəyi siyasi həmçinin iqtisadi meyarları özündə əks etdirən sorğu anketini də doldurub və Avropa Komissiyasına təqdim edib.

Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsi ilə bağlı Avropa Şurasının qərarının iyunun 23-24-də qəbul ediləcəyi gözlənilir.

Ölkə mətbuatı daha əvvəl xəbər verib ki, Fransa prezidenti Emmanuel Makron Kiyevə səfəri zamanı bildirib ki, Fransa, Almaniya, Rumıniya və İtaliya Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyir.

Qeyd edək ki, bu gün dövlət başçısı Vladimir Zelenski də öz "Facebook" hesabinda yazaraq bu barədə məlumat verib. O, Ukraynada səfərdə olan avropalı dölət rəhbərliklərinə bu etimada görə təşəkkür etdiyini bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »