Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu müharibə Rusiyanın zəifləməsinə gətirib çıxaracaq"
"Bu müharibə Rusiyanın zəifləməsinə gətirib çıxaracaq"

“Rusiya artıq Ukrayna ilə müharibəni strateji cəhətdən uduzub, ağır itkilər verib, NATO-nu gücləndirib. Rusiya ordusunun heç bir taktiki uğuru bu həqiqəti dəyişdirə bilməyəcək”.

Bizimyol.info xəbər verir ki, bu barədə Britaniyanın “Sky News” telekanalına müsahibəsində Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi, admiral Toni Radakin danışıb.

"Bu, Rusiyanın dəhşətli səhvidir. Rusiya heç vaxt Ukraynaya nəzarəti ələ keçirə bilməyəcək. Amma bu, Rusiyanın gücünün zəifləməsinə gətirib çıxaracaq. Rusiya artıq strateji baxımdan uduzub. Çünki onun hərəkətləri nəticəsində Finlandiya və İsveç NATO-ya daxil olmağa çalışır. Bu isə, Alyansı daha da gücləndirir”,- deyə Toni Radakin bildirib.

Onun firkincə, Rusiya prezidenti Vladimir Putin yaxın həftələrdə taktiki uğur qazana bilər. Amma o, ölkəsinin hərbi gücünün dörddə birini kiçik qazanclar üçün qurban verdi. Buna görə, qoşunlarını və yüksək texnologiyalı raketlərini itirdi. "Rusiya maşını tələsir və hər gün sürət qazanır - iki, üç, beş kilometr",- deyə Radakin istehza ilə bildirib.

"Rusiyanın zəif tərəfləri var. Çünki canlı qüvvəsi və yüksək texnologiyalı raketləri tükənir. Prezident Putin ordusunun gücünün təxminən 25 faizindən - 50.000 ölü və ya yaralıdan kiçik bir ərazini əldə etmək üçün istifadə etdi",- deyə admial əlavə edib.

Radakin Ukrayna xalqına ehtiramını bildirərək Böyük Britaniyanın uzun illər Kiyevi silahla dəstəkləyəcəyinə söz verib: “Biz tank əleyhinə silahlar veririk, təmin etdiyimiz başqa elementlər də var. Bu dəstək davam edəcək”.

Xatırladaq ki, Rusiyada bir sıra ekspertlər Ukraynanın günlər əraində ələ keçiriləcəyini desə də, təxminən 110 gündür ki, Rusiya yalnız bir neçə şəhəri ələ keçirməyə nail olub. Ukraynaya məğlub olduğunu görən Kreml dəfələrlə dünyanı nüvə silahı ilə hədələyib. Amma  bu hədələrə cavab olaraq Böyük Britaniyanın baş naziri Boris Conson bildirmişdi ki, Rusiya qadağan olunmuş silahlardan istifadə edərsə, rəsmi London Rusiyaya birbaşa zərbələr endirəcək.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »