Amerikanın “Fox News” telekanılının aparıcısı Taker Karlson yazdığı məqalədə ABŞ-dakı yanacaq böhranına görə məsuliyyət daşıyanların adını çəkib.
Jurnalist hesab edir ki, bu, digər ölkələrin, o cümlədən Rusiya lideri Vladimir Putinin hərəkətlərinin nəticəsi yocx, prezident Co Baydenin yalnış hesbalamasının nəticəsidir.
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, jurnlaistin fikrincə, hazırda baş verənlərlə siyasətçilərin qərarları arasında səbəb-nəticə əlaqəsi aparılmalıdır. Nümunə kimi o, benzinin qiyməti ilə bağlı vəziyyəti göstərib. Onun sözlərinə görə, bu, fəlakət kimi qiymətləndirilə bilər. Karlson vurğulayıb ki, 2019-cu ildə prezident seçkiləri zamanı Bayden qalıq yanacaqlara son qoyacağına söz verib.
“Bütün Amerika iqtisadiyyatının onurğa sütunu olan qalıq yanacaqların sonu? Bunu necə edəcəyik və niyə? Bayden heç bir şeyi təkrar izah etmədi. Çünki heç kim onun seçkidə həqiqətən qalib gələcəyinə inanmırdı. Sonradan da heç kim ondan bunu soruşmağı düşünmədi",- deyə teleaparıcı qeyd edib.
Onun sözlərinə görə, Amerika lideri həqiqətən də söz verdiyini etməyə başlayıb. Belə ki, o artıq quyuların qazılmasını qadağan edib, neft sektorunun bizneslə məşğul olmaq imkanını əngəlləyib. Daha sonra isə Rusiyanın Ukrayndakı xüsusi əməliyyatına cavab olaraq neft embarqosu tətbiq edib.
Jurnalist bildirib ki, bundan sonra benzin bahalaşmağa başlayıb, inflyasiya rekord həddə çatıb. Hindistan və Çin daha ucuz Rusiya nefti aldığı üçün rubl möhkəmlənib. “Beləliklə, bizdən başqa hamı varlanıb. Biz yoxsullaşmışıq. Bunlar faktdır”,- deyə o qeyd edib.
Xatırladaq ki, iyunun 10-da ABŞ prezidenti Co Bayden ABŞ-da “Putin vergisi”nin mövcud olduğunu bildirib və hazırkı bahalaşmanın məsuliyyətini Kremlin daşıdığını deyib. "Biz heç vaxt Putinin ərzaq və benzin vergisi kimi bir şey görməmişik",- deyə o, ölkədə 40 ildən artıqdır ki, rekord inflyasiya ilə bağlı məlumatları şərh edərkən vurğulayıb.
İlahin, Bizimyol.info