Rusiyalı deputat Aleksey Juravlyovun edama məhkum edilən iki ingilis əsgəri ilə bağlı verdiyi açıqlamalar gündəmə bomba kimi düşüb. Juravlyovun sözləri Britaniya mətbuatında geniş işıqlandırılıb.
Bizimyol.info xəbər verir ki, İngiltərənin son günlərdə ən əhəmiyyətli gündəm mövzularından biri də Rusiyaya əsir düşən ingilis əsgərləridir. Belə ki, Mariupol sıralarında döyüşərkən 28 yaşlı Aiden Aslin və 48 yaşlı Şaun Pinner təslim olub və Rusiya əsgərləri tərəfindən əsir götürülüb. Separatçı Donetsk Xalq Respublikasında keçirilən məhkəmə iki əsgəri ölüm cəzasına məhkum edib. Bu qərar İngiltərədə şok effekti yaradıb. İngiltərənin müdafiə naziri və xarici işlər naziri öz vətəndaşlarını xilas etmək üçün hər cür cəhd edəcəklərinə söz verərkən, İngiltərənin dəstəyini itirmək istəməyən Kiyev hökuməti əsgərləri xilas etmək üçün düyməni basıb.
Rusiyanın verdiyi edam hökmünün İngiltərəni küncə sıxışdırmaq üçün atılan addım olduğu iddia edilsə də, Putinin ingilis əsgərlərinə qarşı kimi və ya nəyi istədiyi maraq mövzusu idi. İngilis əsgərlərinin kimlərlə dəyişdiriləcəyi ilə bağlı bir çox ssenarilər irəli sürülərkən, rusiyalı deputat Aleksey Juravlyov DXR-də həbsdə olan ingilis əsgərləri ilə bağlı qandonduran açıqlamalar verib.
Rusiya Dövlət Kanalı "Rossiya 1"-də canlı çıxış edən Juravlyov Aiden Aslin və Shaun Pinnerin Britaniya silahları və ingilis güllələri ilə öldürüləcəyini açıqlayıb. "Mən DXR-in beynəlxalq öhdəliklərini yerinə yetirməsini bəyənirəm",- deyə rusiyalı deputat bildirib.
Rusiyalı deputatın sözləri studiyada qısamüddətli şoka səbəb olduqdan sonra şou aparıcısı Yevgeni Popov Juravlyovun onu ələ saldığını deyib. Amma vəkil aydın cavab verib; "Zarafat etmirəm. Onların etdiklərini öz gözlərimlə gördüm. Ona görə də onlara rəhm etmirəm. Danışıqsız onları məhv etməliyik".
Xatırladaq ki, Ukraynanın Xarkov şəhərində cəbhədə döyüşən və bir neçə gündür itkin düşən 2 ABŞ əsgərinin Rusiya əsgərləri tərəfindən pusquya salınaraq əsir götürüldüyü iddia edilib.
Bildirilir ki, Robert Drueke və Endi Huynh atışma zamanı qumbara dumanında itiblər və bir daha tapılmayıblar. ABŞ Dövlət Departamenti əsgərlərin əsir götürülməsi ilə bağlı xəbərlərdən xəbərdar olduğunu bildirsə də, şəxsi həyatın toxunulmazlığı səbəbindən şərh verməyib.
Leyla, Bizimyol.info