Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-dan Türkiyə açıqlaması: "S-400 və F-35-lərin eyni ölkədə olmasından narahatıq"
ABŞ-dan Türkiyə açıqlaması: "S-400 və F-35-lərin eyni ölkədə olmasından narahatıq"

Türkiyə ilə NATO bloku arasında Finlandiya-İsveç münaqişəsi davam edərkən ABŞ-dan diqqətçəkən açıqlama gəlib. ABŞ mətbuatına açıqlama verən ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Adam Smit Türkiyənin F-35 proqramında iştirakının gündəmdə olmadığını bildirib.

Bizimyol.info xəbər verir ki, ABŞ-ın demokrat siyasətçisi Adam Smit qatıldığı tədbirdə gündəmi dəyərləndirib və Türkiyənin yenidən F-35 proqramına daxil edilməsi ilə bağlı sualları cavablandırıb.

ABŞ mərkəzli rəqəmsal jurnal olan "Breaking Defence"in verdiyi xəbərdə bildirilir ki, Smit belə bir vəziyyətin ABŞ-ın gündəmində olmadığını deyib.

Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri olan Smit NATO gərginliyindən sonra Türkiyənin F-35 proqramına daxil ola biləcəyi ilə bağlı iddia və açıqlamalara cavab verib və "Türkiyə F-35 proqramına qayıtmır",- deyə bildirib.

Xatırladaq ki, Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldıqdan sonra ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövründə Türkiyə F-35 proqramından çıxarılıb. Ancaq Ankaranın Rusiyanın Ukraynaya hücumundan sonra NATO-ya üzv olmaq istəyən Finlandiya və İsveçin üzvlüyünə veto qoyması “Türkiyə yenidən F-35 proqramına daxil ola bilər” iddialarını gücləndirib.

Bu məsələni dəyərləndirən Smit ölkəsinin məqsədinin Türkiyəni Rusiyadan S-400 aldığı üçün cəzalandırmaq olmadığını söyləyərək, S-400-lər və F-35-lərin eyni ölkədə olmasından narahat olduqlarını vurğulayıb.

“Düşünürəm ki, bəzi silahlar nəhayət, Türkiyəyə veriləcək, lakin bunun F-35 döyüş təyyarələri olacağını düşünmürəm. Avropanın nə edəcəyini bilmirəm”,- deyə o, əlavə edib.

Smitin Türkiyəyə silah satışı ilə bağlı yekun qərara birbaşa nəzarət etmək səlahiyyəti olmasa da, bu məsələ ilə bağlı Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin səlahiyyətlərinə daxildir.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »