Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın hərbi təyyarəni Ukrayna ilə sərhəddə qəzaya uğrayıb - Video
Rusiyanın hərbi təyyarəni Ukrayna ilə sərhəddə qəzaya uğrayıb - Video

Ukrayna ilə həmsərhəd olan Belqorod vilayətində Rusiyanın Su-25 hücum təyyarəsi qəzaya uğrayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Baza məlumat yayıb.

İlkin məlumatlara görə, təyyarə elektrik xəttinin dirəyinə çırpıldıqdan sonra qəzaya uğrayıb.

İşğalçı ölkənin Qərb Hərbi Dairəsinin mətbuat xidmətinin məlumatına görə, "Su-25" planlı təlim uçuşu zamanı qəzaya uğrayıb.

Pilot qəzadan əvvəl təyyarədən çıxmağı bacarıb.

Qeyd edək ki, 14 iyun 2022-ci il tarixinə Ukrayna Hərbi Hava Qüvvələrinin zenit-raket qüvvələri artıq qanadlı raketlər, PUA-lar, düşmən təyyarələri və helikopterləri də daxil olmaqla 500 hava hədəfini vurub.

Rusiya təyyarələri və helikopterləri birbaşa Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olan Ukrayna ərazisi üzərində hava məkanına uçmur.

Rusiya Ukrayna ətrafında böyük avasiya potensialı cəmləşdirib. Burada 700-ə yaxın təyyarədən (450 təyyarə və 250 helikopter) ibarət aviaqrup saxlanılır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »