Ukrayna prezidenti Vladimir Zelenski Almaniya, Fransa, İtaliya və Rumıniya liderlərinin Kiyevə səfəri gününü, onların Ukraynaya Aİ-yə namizəd statusunun verilməsini dəstəklədikləri günü həqiqətən tarixi gün kimi qiymətləndirib. O, həmçinin hərbi və maddi dəstəyə görə təşəkkür edib.
Bizimyol.info xəbər verir ki, Zelenski cümə axşamı axşam sosial mediada etdiyi çıxışında qeyd edib ki, o, Ukraynaya səfər edən liderlərlə görüş zamanı Avropa təmsilçilərindən əsas fikri eşitdiyini bildirib və bunun onun üçün çox vacib olduğunu söyləyib. Qeyd edib ki, qonaqlar müharibəyə tezliklə son qoyulması və sülhün Ukraynanın istəklərinə uyğun olar aqqəbul edilməsinin tərəfdarı olduqlarını bildiriblər.
Ukrayna lideri Kiyevə səfər edən ölkələrin rəhbərlərinə göstərdikləri hərbi və maliyyə dəstəyinə görə təşəkkür edib.
Prezident xarici qonaqların paytaxta səfəri zamanı zenit sirenlərinin səsləndiyini diqqətə çatdırıb. Zelenski: "Rusiya gərgin atmosfer yaratmaq üçün hər kəsin bu sirenləri eşitdiyi bir fon yaradır" - deyib və əlavə edib ki, heç kim qorxmur: "Əksinə, o təhdidlər yalnız orada olanları mümkün qədər konkret davranmağına və həm ukraynalıların, həm də Avropadakı hər kəsin ümumi maraqları üçün danışıqlar aparmağa ruhlandırır",- deyə qeyd edib.
Müharibəni bitirmək üçün aparılan danışıqlara toxunan Zelenski deyib ki, bu danışıqlar Avropada hər kəsi qorxutmağa və Ukraynanı daha da məhv etməyə çalışan Rusiyanın mövqe üstünlüyü ilə aparılmır.
Xarici liderlərin səfəri zamanı Zelenski qonaqlarla ərzaq böhranının aradan qaldırılması, Rusiyaya qarşı yeni sanksiyalar paketi, Ukraynanın müharibədən sonra yenidən qurulması mövzusu və enerji təhlükəsizliyi problemini müzakirə edib.
"Hesab edirəm ki, bu gün Avropada qaz təhcizatı ilə bağlı vəziyyətinin pisləşməsi təsadüfi deyil - qiymət hər gün yenidən qalxır. Rusiya bunu məqsədli edir, Avropaya zərər vermək, avropalıları vurmaq üçün enerji daşıyıcılarını məhdudlaşdırır",- deyə əlavə edib.
Ukrayna liderinin sözlərinə görə, Rusiya "Qazprom" vasitəsilə uzun müddətdir ki, Avropanı qandallamağa çalışır: "Belə bir asılılıq olmamalıdır. Bu, Avropanın indi Rusiya qazı olmadan alternativ yollar axtarmağa və yeni layihələr həyata keçməyə diqqəti artırmağa sövq edən amildir",- deyə qeyd edib.
Cəbhədəki vəziyyətə toxunan Zelenski vurğulayıb ki, Ukrayna ordusu həm texnologiya, həm də artilleriya sistemləri baxımından düşmənin əhəmiyyətli kəmiyyət üstünlüyü şəraitində döyüşüb.
Qadir, Bizimyol.info