Rus işğalçı qoşunları Xerson vilayətində xeyli itki verib.
Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz "Facebook" səhifəsində məlumat yayıb.
“Düşmən canlı qüvvə, silah və texnika itkiləri verməkdə davam edir.Gün ərzində Donetsk vilayətində Ukrayna Silahlı Qüvvələrinin ərazi müdafiəsinin əsgərləri "Mi-35M" helikopterini vurublar. Zaporojyedə də uğurlar var. Xerson vilayətində düşmən canlı qüvvədə xeyli itki verib”, - məlumatda deyilir.
Ukrayna aviasiyası Xerson vilayətinin Xerson, Kaxovka və Berislav bölgələrində düşmənin hərbi birləşmələrinə zərbələr endirib.
Yujnobuj istiqamətində düşmən Kulbakino, Nikolaevka, Stepnaya Dolina, Muraxovka, Novopavlovskoye, Şevçenkovo, Zarya, Partizanskoye, Aprelskoye, Novoqriqoriyevka, Kiselevka, Knyazevka, Lukorovka, Osoparov yaşayış məntəqələrini uzaqburan toplardan və reaktiv yaylım atəş sistemlərindən istifadə edərək atəşə tutub.
Bundan əvvəl prezident Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin cənubda işğalçılara təzyiq etdiyini, məqsədinin Xersonu azad etmək olduğunu bildirmişdi.
Xerson vilayətində ukraynalı müdafiəçilər üç istiqamətdə hücuma keçirlər. Bu yaxınlarda Tavriçeskoye kəndi rus işğalçılarından azad edilib.
İyunun 14-də Xersondan 10 km aralıda ukraynalı müdafiəçi tərəfindən lentə alınan video ictimaiyyətə açıqlanıb.
"Sky News" analitiklərinin fikrincə, Ukrayna ordusu işğal olunmuş Xersonda uğurla irəliləyir. Cəbhənin bəzi sektorlarında Ukrayna qüvvələri əsas yaşayış məntəqələrinə zərbə endirən məsafələrə çatıb.
Ruslar itirdiklərinin - calı qüvvə və hərbi texikaların əvəzində uzaqdan raketlər ataraq yaşayış məskənlərini vurmaqla qisas almağa çalışırlar. Cəbhə boyu ukraynılıların inadkar müqviməti ilə qarşılaşan ruslar irəliləməkdə çətinlik çəkirlər
Qadir, Bizimyol.info