Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Admiral: "Rusiya artıq müharibəni uduzub"
Admiral: "Rusiya artıq müharibəni uduzub"

Rusiya Ukraynadakı müharibəni artıq “strateji cəhətdən uduzub” – Böyük Britaniya Kiyevə və Şərqi Avropaya daha çox dəstək verdiyini açıqladı.

Bizimyol.info xəbər verir ki, bu barədə Britaniya Silahlı Qüvvələrinin rəhbəri Admiral ser Toni Radakin dünən gecə açıqlama verib.

Radakin: "Rusiya təxminən dörd ay davam edən döyüşlərdən sonra yalnız “kiçik” ərazi əldə etməyə nail olub. Əlbəttə bu Kremilin zəilədiyinin göstəricisi kimi qəbul edilə bilər", - deyə qeyd edib.

O, Ukraynanın şərq rayonlarına nəzarəti faktiki olaraq ələ keçirdiyini, lakin onun hərbi resurslarının dörddə birini təşkil edən böyük itkilər hesabına başa gəldiyini əlavə edib: "Rusiyanın qoşunları və zərbə raketləri tükənmək üzrədir. Onlar heç vaxt ölkənin qalan hissəsini ələ keçirə bilməyəcək", - deyə qeyd edib.

O, müdafiə naziri Ben Uollesin Böyük Britaniyanın Ukraynaya göndərmək üçün 20-dən çox "M109" uzaqmənzilli silah aldığını elan etdiyini bildirib. Qeyd edib ki, Belçika istehsalı olan silahlar 155 millimetrlik mərmiləri 25 mil qədər dəqiqliklə vurur.

"Cənab Uolles deyib ki, Britaniya həmçinin Rusiyanın Baltikyanı ölkəni işğalından çəkindirmək üçün Estoniyaya daha çox qoşun göndərə və orada briqadaya rəhbərlik edə bilər", deyə Radakin qeyd edib.

Ser Toni Ukraynaya müdaxilənin “qorxunc səhv” olduğunu deyib və əlavə edib: "Rusiya heç vaxt Ukraynaya işğal edə bilməyəcək. Rusiya maşını əzilir və hər gün bir neçə – iki - üç kilometr qət etməyi bacarır. Lakin prezident Putin kiçik bir ərazi üçün ordusunun təxminən 25 faizini itirib və 50.000 hərbçisi ya ölüb, ya da yaralanaraq sıraları tərk edib. Bu rusiya üçün işğal etdiyi ərazi müqabilində çox böyük itki hesab olunlaıdır. Rusiya artıq uğursuzluğa düçar olub. Son bir neçə həftə ərzində bəzi taktiki uğurlar əldə etmiş kimi görsənə bilər. Və bunlar növbəti bir neçə həftə davam edə bilər. Lakin Rusiya strateji baxımdan uduzur", - deyə o qed edib.

Admiral: “Bir səbəb NATO-nun daha güclü olması, Finlandiya və İsveçin alyansa qoşulmaq niyyətində olmasıdır. Biz isə nə qədər cəsarətli olduğunu nümayiş etdirən Ukraynanı dəstəkləyirik. Böyük Britaniya uzun müddətdir bu işi icra edir. Böyük Britaniya Ukraynaya çoxlu buraxılış raket sistemləri təqdim edib və yenicə 120 zirehli döyüş maşını verib. Bundan əlavə yüksək effektiv "NLAW" tank əleyhinə raketlər də Ukraynaya təhvil verilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »