Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Belarus ordusu “Bayraktar”ın qarşısında nə edə bilər?” - Mixail Şeytelman
“Belarus ordusu “Bayraktar”ın qarşısında nə edə bilər?” - Mixail Şeytelman

İndi Belarus Prezidenti Aleksandr Lukaşenkonun da taleyi Ukrayna müharibəsinin nəticəsindən asılıdır. Rusiyanın məğlubiyyəti “Batka”ya rahat gələcək vəd etmir. Kremlin uduzacağı halda Lukaşenkonun mövqeyini, prezident kürsüsünü itirəcəyinə şübhə yoxdur.

Siyasi texnoloq Mixail Şeytelman düşünür ki, dövlət başçısı devrilməkdən çox qorxur. Çünki Ukraynada Rusiya ordusuna qarşı həm də beloruslardan ibarət dəstələr döyüşür. Həmin döyüşçülərin Lukaşenkoya münasibəti çox pisdir.

Mixail Şeytelman Mixail Şeytelman

Bizimyol.info xəbər verir ki, Belarus ordusunun müharibəyə fəal qoşulma ehtimalı çox müzakirə olunur. Şeytelman bu ehtimalın üzərindən xətt çəkir. Onun fikrincə, Lukaşenko vəziyyəti çox yaxşı bilir. Belarusun rəhbəri onsuz da indiyə qədər etdiyi səhvlərə görə bağışlanmayacağını anlayır. Həm də müharibəyə qoşulmaq daha böyük bataqlığa girmək deməkdir.

“İndi Belarus ordusunun əsas məqsədi Lukaşenkonu qorumaqdır. Çünki onun devrilməsi zaman məsələsidir. Lukaşenko ordusunu Ukrayna çöllərinə göndərmək fikrində deyil. Belarus və Ukrayna ordularını heç müqayisə etmək də mümkün görünmür. Belarusun 30 min hərbçidən ibarət ordusu ABŞ-ın çoxsaylı raket zərbəsi endirən qurğularının, xüsusilə “Bayraktar”ın qarşısında nə edə bilər? İndi belorusların olduğu yerdən yalnız şosse ilə irəliləmək mümkündür. Şosse ilə irəliləyən ordunun aqibətini isə Lukaşenko görüb”.

Şeytelman Lukaşenkonun müharibəyə qoşulmaq ideyasını bəyənmədiyini söyləməkdə haqlıdır. Belarus Prezidenti Ukrayna ordusu barədə yüksək fikirdədir. Lukaşenko mayda müşavirələrdən birində bunu dilə də gətirmişdi. “Batka” Belarus ordusunun yüksək potensialının olmamasını yaxşı bilir. Digər yandan Ukraynanın qisas ala biləcəyi də sirr deyil. İndi Lukaşenko daha çox öz taleyi barədə düşünür. Rusiya qonşu ölkəni təslim olmağa vadar edə bilmədi. Ukrayna ciddi müqavimət göstərir, hətta zamanla xeyli güclənir. Belarusun müharibəyə qoşulması da ümumi gedişatı dəyişməyəcək. Müasir silahlarla güclənən Ukrayna kürəyini yerə vermək fikrində deyil. Lukaşenko üçün üfüqdə işıq görünmür.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »